Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyalarının üzvləri üçün kurslara başlayır

Sentyabrın 5-də Mərkəzi Seçki Komissiyası (MSK) dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayır. 
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, bu kurslar Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamının icrası ilə əlaqədar keçirilir. Məqsəd sərəncama uyğun olaraq MSK-nın qarşısına qoyulmuş vəzifələrin icrası ilə bağlı seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi, dairə seçki komissiyalarının sədrlərinin peşəkar hazırlığının artırılmasıdır.
Kursların açılış mərasimində MSK-nın sədri Məzahir Pənahov, Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər iştirak edəcəklər.
Sentyabrın 11-dək davam edəcək kurslarda Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, respublika baş prokurorunun birinci müavini Rüstəm Usubov, ombudsman Elmira Süleymanova, Daxili İşlər və Ədliyyə nazirliklərinin məsul şəxsləri, MSK-nın üzvləri və hüquqşünas alimlər mühazirələr oxuyacaqlar. Kursların sonunda dairə seçki komissiyalarının sədrlərinə sertifikatlar təqdim ediləcəkdir.
Proqramın növbəti mərhələsi olaraq sentyabrın 13-dən 15-dək dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçiriləcəkdir.
Qeyd edək ki, MSK tərəfindən 2007-ci, 2009-cu və 2010-cu illərdə də Azərbaycan Prezidentinin sözügedən sərəncamının icrası ilə əlaqədar aşağı seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar təşkil olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında