Şeyxülislam A.Paşazadə Qızıl medala və "Xoşməramlı səfir" tituluna layiq görülmüşdür

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə daha bir nüfuzlu beynəlxalq mükafata layiq görülmüşdür.
QMİ-nin mətbuat xidmətindən bildirmişlər ki, mənzil qərargahı Parisdə yerləşən Fransanın İnsan Haqlarının Müdafiəsi Beynəlxalq Komitəsi şeyxülislamı Qızıl medalla təltif etmiş və ona "Xoşməramlı səfir" titulu vermişdir.
Bu barədə beynəlxalq təşkilatın prezidenti C.Salvatonun A.Paşazadəyə ünvanladığı məktubda məlumat verilmişdir. Məktubda bildirilmişdir ki, QMİ-nin sədri nüfuzlu təşkilatın təsis etdiyi Qızıl medala və "Xoşməramlı səfir" tituluna dövlət və cəmiyyət qarşısındakı xidmətlərinə, müsəlmanların dünyaya inteqrasiyasındakı roluna, Qafqazda sülhün, əmin-amanlığın bərpasında, dinlərarası münasibətlərin möhkəmləndirilməsində, tolerantlıq mühitinin formalaşmasında çoxillik fəaliyyətinə görə layiq görülmüşdür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında