Culfa Sərhəd Komendantlığı və 18-ci sərhəd zastavası yenidən qurulur

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sentyabrın 1-də Culfa Sərhəd Komendantlığına gəlmiş, burada həyata keçirilən inşaat işlərinin gedişi ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, komendantlığın ərazisindəki qərargah binasında, yeməkxanada inşaat işlərinin əsas hissəsi başa çatdırılmış, zabit-gizir ailələri üçün 18 mənzilli binada işlər davam etdirilir. Binalara su və kanalizasiya xətləri çəkilmişdir. İstilik sistemlərinin quraşdırılması davam etdirilir. Ərazidə xidməti avtomobil dayanacaqları, ərzaq və əşya anbarları, qazanxana binaları da inşa olunmuşdur. Hazırda meydanın, idman şəhərciyinin salınması üçün müvafiq işlər görülür.
Burada eyni zamanda 18-ci sərhəd zastavasının qərargah və əsgər yataqxanası üçün bina inşa olunur. Binada hörgü və beton işləri başa çatdırılmış, texniki bina inşa olunmuşdur. Burada, həmçinin nizami meydan, yeraltı ərzaq anbarı, zabit-gizir ailələri üçün 8 mənzilli bina da tikiləcəkdir.
Ali Məclisin sədri obyektin layihəsinə baxmış, inşaat işlərinin gedişi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında