Binəqədidə Beynəlxalq Ailə Günü münasibətilə "dəyirmi masa"

Birləşmiş Millətlər Təşkilatının təsis etdiyi Beynəlxalq Ailə Günü münasibətilə YAP Binəqədi rayon təşkilatının qərargahında "dəyirmi masa" keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının müavini Eldar Ağayev təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət ailə siyasətindən bəhs etmişdir. Natiq cəmiyyətin özəyi sayılan ailənin dövlətin xüsusi himayəsində olduğunu, ailə münasibətlərinin düzgün qurulmasının, ailə funksiyasının müəyyənləşdirilməsinin, ailə üzvləri arasında münasibətlərdə insan hüquqlarının qorunmasının, qadın və kişilərin hüquq və vəzifələrinin, hüquq bərabərliyinin Konstitusiyamızın maddələrində öz ifadəsini tapdığını vurğulamışdır. E.Ağayev həmçinin Azərbaycan Respublikasının Ailə Məcəlləsində və bu sənədə uyğun olaraq qəbul edilmiş digər normativ aktlarda, habelə ölkəmizin qoşulduğu beynəlxalq müqavilələrdə də ailə ilə bağlı qanunvericiliyin geniş yer tutduğunu bildirmişdir.
"Dəyirmi masa"da çıxış edən YAP Binəqədi rayon təşkilatı qadınlar şurasının sədri Məlahət İbrahimova, 267 nömrəli məktəbin direktoru Adilə Orucova, Binəqədi rayon VVAQ şöbəsinin müdiri Tavat İsmayılova Azərbaycan ailələrində milli-mənəvi dəyərlərin qorunduğunu, yaşadıldığını ifadə etmiş, ailə müqəddəsliyi, valideyn və övlad borcu, vətəndaş məsuliyyəti barədə fikirlərini çatdırmış, ölkəmizdə ailələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı bəhs etmişlər.
"Dəyirmi masa"da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva son illər ailələrin möhkəmlənməsi, inkişafı, sosial müdafiəsi, uşaqların düzgün tərbiyəsi istiqamətində ciddi tədbirlər həyata keçirildiyini xatırlatmış, ölkəmizdə ailənin formalaşması və inkişafını cəmiyyətdə baş verən dinamik proseslərlə əlaqələndirmişdir.
Sonda rayon Gənclər və İdman İdarəsi tərəfindən orta məktəb şagirdləri arasında "Sağlam təbiət, sağlam insan, sağlam ailə" mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışdır.

{nl}

V. BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında