Ermənistan diplomatiyası qeyri-səmimi mövqe tutur

Rəsmi Bakı dünya ictimaiyyətini və öz cəmiyyətini aldatmaqdan əl çəkməli olan Ermənistan diplomatiyasının səmimiyyətinə şübhə ilə yanaşır. Trend-ə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirmişdir ki, müəyyən fəaliyyətə keçmək və iş görmək lazımdır, çünki sülh müqaviləsi çərçivəsində müəyyən razılıqlar mövcuddur.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Yerevan Dövlət Universitetinin tələbələri ilə görüşdə qeyd etmişdir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına əngəl törədir.
Bu fikrə münasibət bildirən E.Abdullayev demişdir: "Biz də analoji üsulla deyə bilərik ki, erməni tərəfi uzun müddətdir yenilənmiş Madrid prinsiplərini qəbul etmir. Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təklif olunmuş yenilənmiş Madrid sənədinin əsas prinsiplərini qəbul edib. Həmin prinsiplər hamıya məlumdur. Ermənistan isə, ilk növbədə, öz işğalçı qoşunlarını Azərbaycan ərazilərindən çıxarmalıdır ki, vətəndaşlarımız öz doğma evlərinə qayıtsınlar. Bir daha demək istərdim ki, erməni tərəfi uzun müddətdir yenilənmiş Madrid sənədinin əsas prinsiplərini qəbul etməkdən imtina edir".
Onun sözlərinə görə, Azərbaycan danışıqların konstruktiv aparılmasında maraqlıdır və daim öz mövqeyində bunu göstərmişdir.
"Hazırkı vəziyyət, Ermənistanın onu qorumaq üçün əlindən gələni etməsinə baxmayaraq, Azərbaycan və dünya birliyi üçün qəbuledilməzdir. Münaqişənin sülh yolu ilə beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində həlli üçün Azərbaycan danışıqlar prosesinin davam etdirilməsinin tərəfdarıdır".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında