ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupunun həmsədri Azərbaycan xalqını təbrik etmişdir

ABŞ Konqresinin Nümayəndələr Palatasında Azərbaycan üzrə işçi qrupunun həmsədri Solomon Ortiz Respublika Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlamışdır.
Demokrat konqresmen Nümayəndələr Palatasında bununla bağlı verdiyi bəyanatında bildirmişdir ki, Rusiya ilə İranın arasında, olduqca siyasi, dinamik və həssas bir bölgədə yerləşən Azərbaycan Birləşmiş Ştatların müttəfiqidir. İnkişafda olan demokratiya kimi Azərbaycan beynəlxalq arenaya Avropa Şurası, BMT, ATƏT-in tamhüquqlu üzvü kimi daxil olmuşdur.
S.Ortiz əlavə etmişdir ki, Azərbaycan ABŞ-ın strateji müttəfiqi kimi Amerika ilə mühüm iqtisadi və təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq edir. İraq və Əfqanıstana hərbçilər göndərməklə də ABŞ-a müttəfiqliyini nümayiş etdirmişdir. Nümayəndələr Palatasında Silahlı Xidmətlər Komitəsinin sədri vəzifəsini tutan Solomon Ortiz qeyd etmişdir ki, Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramının vacib hissəsidir, bölgə dövlətləri ilə sərhədləri möhkəmləndirmək, qanunsuz dövriyyənin qarşısını almaq üçün birgə işləyir.
O, diqqətə çatdırmışdır ki, Azərbaycanın sağlam neft bazarı Qərb dövlətlərinin iqtisadiyyatını gücləndirməyə təsir göstərir.
İşçi qrupunun həmsədri fikrini belə yekunlaşdırmışdır: Demokratiyaya doğru yolda addımladığına, bölgədə və dünyada davamlı strateji tərəfdaşlığına görə Azərbaycan xalqına minnətdarlığımı bildirirəm. Birləşmiş Ştatlar bütün Azərbaycan vətəndaşlarını və dünyada yaşayan azərbaycanlıları Respublika Günü münasibətilə təbrik edir.

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında