Azərbaycan kitabxanalarının yeni beynəlxalq əlaqələri genişlənir

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektoru Bosniya və Hersoqovina Federasiyasının kitabxanaları ilə əlaqə yaratmışdır. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yaymışdır.
Məlumatda deyilir ki, bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektorunun nümayəndəsi Bosniya və Hersoqovinaya səfər etmişdir. Səfər çərçivəsində Tuzla şəhərinin meri Jasmin İmamoviç, Tuzla kantonunun baş nazirinin mədəniyyət və informasiya sahəsi üzrə köməkçisi Jasna Hifziefendiç, Tuzla Kantonunun mədəniyyət, təhsil, elm sahəsi üzrə köməkçisi Zlatko Dukiç, "Dervis Susic" Kütləvi və Universitet Kitabxanasının direktoru xanım Enisa Zuniç və bir sıra kitabxana rəhbərləri ilə görüşlər keçirilmişdir. Görüşlərdə Azərbaycan, onun zəngin mədəniyyəti, kitabxanaları, habelə respublikamızda aparılan quruculuq işləri, ölkəmizin inkişafı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat verilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektorunun məsləhətçisi Samir Abbasov "Dervis Susic" Kütləvi və Universitet Kitabxanasında Azərbaycan guşəsinin yaradılması təklifi ilə çıxış etmiş və bu, şəhər rəhbərliyi, kitabxananın rəhbərliyi tərəfindən qəbul olunmuşdur. Azərbaycan guşəsi üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizmi, incəsənəti, adət-ənənələri, ədəbiyyatı və s. mövzularda müxtəlif nəşrlərin göndərilməsi razılaşdırılmışdır.
Səfər çərçivəsində C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası və "Dervis Susic" Kütləvi və Universitet Kitabxanası arasında əməkdaşlığa dair memorandum imzalanmışdır. Memoranduma əsasən, iki tərəf arasında əməkdaşlıq əlaqələrinin qurulması, kitabxana-informasiya sahəsinin aktual məsələlərinə dair təcrübə mübadiləsinin aparılması, birgə layihələrdə iştirak, birgə nəşrlərin hazırlanması, qarşılıqlı təşkil olunan seminar və konfranslarda iştirak, hər iki kitabxanada dövlətlərin mədəniyyətini, tarixini, turizmini, ədəbiyyatını təbliğ etmək məqsədi ilə sərgi və guşələrin yaradılması nəzərdə tutulmuşdur.
Bundan başqa, Bosniya və Hersoqovinanın "Dervis Susic" Kütləvi və Universitet Kitabxanası və Azərbaycanın F.Köçərli adına Respublika Uşaq Kitabxanası "Qardaşlaşmış kitabxanalar" elan olunmuşdur.
Səfər müddətində Bosniya və Hersoqovina müharibəsi nəticəsində şəhid olan "Serbinidza" qurbanlarının uyuduğu toplu məzarlıq və memorial kompleks ziyarət edilmişdir.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında