Torpaq uğrunda ölən varsa, Vətəndir

Şad xəbər ildırım sürəti ilə bütün rayona yayıldı. Hamı İsmixan kişinin qapısına tələsdi. Zarafat gəlməsin. Öz ölümü ilə doğulduğu elə-obaya baş ucalığı gətirmiş qəhrəman həmyerlilərinin bu fədakarlığının yüksək qiymətləndirilməsi hamının qəlbini coşdurub. 76 yaşlı İsmixan Mirzəliyevlə söhbət edirəm. "Oğul, - deyir, - düzü bu xəbər mənim üçün çox gözlənilməz oldu. Nə deyim, nə söyləyim. Deməyə söz də tapmıram. Ölkə rəhbərinin bu diqqətini sözlə necə ifadə etmək olar".
Həyatın hər üzünü görmüş, beş oğul, iki qız böyüdüb tərbiyə etmiş İsmixan Mirzəliyevi başa düşmək çətin deyil. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyul 2011-ci il tarixli sərəncamına görə Yusif Mirzəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
İndi Balakəndə kiminlə qarşılaşırsan, hamı bu təltifdən, bu mükafatdan danışır.
Yusif doğrudan da fəxr etməli oğul olub. Həmişə özünün davranışı, hərəkəti ilə başqalarından seçilib.
Rayonun hərbi komissarı polkovnik-leytenant Nizami Quliyev sevinclə danışır: "Bilirsiniz, deyir, - cənab Prezidentin bu sərəncamı balakənli gənclərdə Vətənə, torpağa məhəbbət hissini nə qədər artırıb. Balakənin Qazma kəndində doğulub. Qubadlının Qayalı kəndinin müdafiəsi zamanı qəhrəmancasına həlak olan, 22 yaşında əbədiyyətə qovuşan Yusif Mirzəliyevin xatirəsi bizim üçün həmişə əziz olacaq.
1993-cü il avqust ayının 31-də şəhidlik kimi müqəddəs bir zirvəyə ucalan Yusif Mirhəliyevin ailəsinə bu medalı rayon icra hakimiyyətinin başçısı İslam Rzayev özü təqdim etdi. Azərbaycan dövlətinin bu gün torpaqlarımız uğrunda canlarından keçmiq insanların ailələrinə göstərdiyi diqqətdən, qayğıdan danışdı. Bildirdi ki, Yusif kimi oğullar heç vaxt ölmürlər, ədəbiyyətə qovuşurlar, milyonlarla insanın ürəyinə köçürlər.
Mən həmin gün Yusifin anası Həlimət xala ilə görüşmədim, 77 yaşlı bu ağbirçək ananın göz yaşlarını görməyim deyə...

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında