Bakılı Georgi Poltavçenko Sankt-Peterburqun qubernatoru təyin olunmuşdur

Rusiya prezidenti tərəfindən Sankt-Peterburq qubernatoru təyin edilmiş Georgi Poltavçenko əslən bakılıdır.
APA-nın məlumatına görə, Rusiyanın ikinci böyük şəhəri olan Peterburqun yeni rəhbəri 23 fevral 1953-cü ildə Azərbaycan paytaxtında hərbi dənizçi ailəsində anadan olmuşdur.
Yeni qubernatorun atası Serqey Poltavçenko Xəzər donanmasında divizion komandiri olmuşdur. Poltavçenko 7 yaşında ikən ailəsi Leninqrada köçmüşdür. Buna səbəb Xruşşovun təşəbbüsü ilə Sovet ordusunda aparılan ixtisarlar nəticəsində Serqey Poltavçenkonun işsiz qalması idi.
1976-cı ildə Leninqradda ali təhlisilini başa vuran Poltavçenko öncə yerli hərbi müəssisələrdə, daha sonra isə Dövlət Təhlükəsizlik Komitəsində çalışmışdır.
Yeni təyinatından öncə Poltavçenko Rusiya Prezideninin Mərkəzi Federal Dairədə səlahiyyətli nümayəndəsi olmuşdur. Rusiya mətbuatının yazdığına görə, Poltavçenko hazırkı Rusiya rəhbərliyinin ən etibarlı şəxslərindən biridir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında