Avropa Şurası Azərbaycanın nailiyyətlərini alqışlayır

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov sentyabrın 1-də ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hüquq məsələləri və insan hüquqları komitəsinin sədri Kristos Purqurides və komitənin üzvü Elza Papadimitriu ilə görüşmüşdür.
Azərbaycanın Avropa Şurası ilə sıx əməkdaşlıq etdiyini bildirən nazir Prezident İlham Əliyevin güclü siyasi iradəsi ilə insan hüquqlarının etibarlı qorunmasına xidmət edən genişmiqyaslı islahatlardan danışmış, məhkəmə sisteminin müasirləşdirilməsi, vətəndaş - dövlət münasibətlərində mühüm rolu olan inzibati məhkəmələrin yaradılması, habelə ədliyyə, o cümlədən penitensiar sistemin təkmilləşdirilməsi üzrə görülən işlər barədə məlumat vermişdir.
Bakıda ikinci dəfə olan qonaq bu səfərindən də məmnunluğunu ifadə etmiş, son 5-6 ildə ölkəmizdə müxtəlif sahələrdə qazanılmış böyük nailiyyətləri təqdir etmiş, Azərbaycanın müsbət demokratik dəyişikliklərə görə qonşu dövlətlərdən xeyli irəlidə olduğunu vurğulamışdır.
Ədliyyə Nazirliyi mətbuat xidmətindən bildirmişlər ki, görüşdə, həmçinin penitensiar infrastrukturun müasirləşdirilməsi, insan hüquqlarının etibarlı təminatı, ədliyyə işçilərinin treninqi və digər maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılmışdır.
Səfər çərçivəsində AŞPA nümayəndələri beynəlxalq tələblər səviyyəsində inşa olunmuş, müasir tipli Bakı istintaq təcridxanasına baş çəkmiş, burada məhkumların saxlanma şəraitini, onlara göstərilən səhiyyə xidmətlərini və ərzaq təminatını yüksək qiymətləndirmişlər.
Elə həmin gün K.Purqurides və E.Papadimitriu penitensiar sistemin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvləri ilə görüşmüşlər.
Görüşdə qonaqlara İctimai Komitənin fəaliyyəti barədə məlumat verilmiş, qurumun vətəndaş cəmiyyəti və hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlığın nümunəsi olduğu qeyd edilmiş, geniş müzakirələr aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında