Ramazan bayramı münasibətilə Şeyxülislamın təbriki

Bismillahir-rəhmanir-rəhim!
Möhtərəm həmvətənlərimiz, əziz müsəlman qardaş və bacılarımız!
İslam aləminin əziz günü - mübarək Ramazan bayramı səadətinə yetişən bütün Azərbaycan müsəlmanlarını təbrik edir, Allah-Taaladan oruclarınızın qəbul, dualarınızın müstəcab olmasını diləyirəm.
Müqəddəs Kitabımız Qurani-Kərimin nazil olduğu, on bir ayın sultanı sayılan Ramazan həqiqətən nemət və səadət ayıdır. Bu ayda müsəlmanlara oruc tutmaq vacib buyurulmuş, ümmətin rifahı üçün sülh və əmniyyətdə olmaq əmr edilmişdir. Müsəlman dünyasında Eydül-Fitr - Ramazan bayramı mərhəmətin, qardaşlığın, həmrəyliyin və xeyir-bərəkətin qovuşduğu mübarək günlərdən biridir. Bu mənada biz Azərbaycan müsəlmanları da Ramazanın ruzi və nemətinə yetişdiyimizə görə Allah-Taalanın mərhəmətinə şükür edir və bu mübarək günün ümumxalq bayramı səviyyəsinə qaldırılmasına görə dövlətimizin başçısı, Zati-aliləri cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Dövlətimizin dini sahəyə verdiyi önəmi xalqımızla həmrəyliyin, milli-mənəvi dəyərlərə xüsusi qayğının və Azərbaycan müsəlmanlarına böyük hörmətin göstəricisi kimi qiymətləndiririk.
Bu şərafəti bizə nəsib edən Allah-Taalaya duamız budur ki, öz böyüklüyü və mərhəməti naminə Azərbaycan xalqını əmin-amanlığa, xeyir-bərəkətə yetirsin, bizi ağır sınaqlardan hifz etsin, torpaqlarımızın işğalçılardan təmizlənməsində, Vətənimizin müstəqilliyini və dövlətçiliyimizi qorumaqda bizə daim yardımçı olsun.
Bu əziz gündə Ulu Yaradanımızın qibləsinə üz tutub, dövlətimiz və millətimiz üçün xoşbəxtlik diləyir və bütün Azərbaycan xalqına xeyir-dualarımı yetirirəm. Allah orucunuzu qəbul eləsin! Bayramınız mübarək olsun!

{nl}

Şeyxülislam ALLAHŞÜKÜR PAŞAZADƏ Qafqaz Müsəlmanları İdarəsinin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında