"Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontekstində" dəyirmi masa iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevə və Gürcüstan Prezidenti Mixeil Saakaşviliyə Müraciəti

Hörmətli Prezidentlər!
Azərbaycan və gürcü xalqları arasındakı tarixi köklərə malik dərin dostluq əlaqələri Sizin gərgin əməyiniz və ardıcıl səyləriniz sayəsində getdikcə möhkəmlənən dövlətlərarası strateji tərəfdaşlıq münasibətlərinin etibarlı zəminidir. Bu gün regionda həyata keçirilən qlobal əhəmiyyətli layihələr məhz bu tərəfdaşlığa əsaslanır. Azərbaycan ilə Gürcüstan arasında hər zaman qarşılıqlı etimad və inam hissi mövcud olmuşdur. Bu tarixi ənənənin qorunub saxlanmasına xidmət edən müqəddəs vəzifənin həyata keçirilməsinə göstərdiyiniz qayğıya və dəstəyə görə Sizə ürəkdən təşəkkür edirik. Məmnunluq hissi ilə deyə bilərik ki, ölkələrimizin yaxın və uzaq keçmişi bu ənənəyə sonsuz sədaqətimizin parlaq ifadəsi olan çoxsaylı faktlarla zəngindir.

{nl}

Zati-aliləri cənab İlham Əliyev!
Zati-aliləri cənab Mixeil Saakaşvili!

Bu gün Gürcüstanda çoxsaylı azərbaycanlı, Azərbaycanda isə gürcü icması rahat və təhlükəsiz şəraitdə yaşamaqdadır. Məmnuniyyətlə qeyd edirik ki, son illərdə hər iki icmanın cəmiyyətə inteqrasiyasını gücləndirən bir sıra layihələr uğurla həyata keçirilmişdir.
Gürcüstan azərbaycanlılarının bir sıra sahələrdə qarşılaşdığı problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilmiş tədbirlər icmamızın həyatında böyük dəyişikliklərə səbəb olmuşdur. Gürcüstanda yaşayan çoxsaylı azərbaycanlı icmasının cəmiyyətə inteqrasiyasına Azərbaycan və Gürcüstan rəhbərliyinin verdiyi daimi və davamlı dəstəyə görə dərin minnətdarlığımızı ifadə edərək, bu sahədə hər iki ölkə arasında qarşılıqlı etimada söykənən səmərəli əməkdaşlığın uğurlu nəticələr verməkdə olduğunu xüsusi vurğulamaq istərdik.
Bununla yanaşı, öz həllini gözləyən və icmamızı narahat edən bəzi problemlərin olduğunu qeyd etmək istərdik. Əminik ki, hər iki ölkənin müvafiq dövlət və hökumət orqanları nümayəndələrinin iştirakı ilə keçirilən "Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontekstində" dəyirmi masa bu problemlər haqqında dəqiq təsəvvür yaratmaq və onların həlli yollarını müəyyənləşdirmək baxımından mühüm əhəmiyyətə malik olacaqdır. Bu tədbirdə biz ötən dövr ərzində Azərbaycan və Gürcüstan hökumətinin məqsədyönlü siyasəti nəticəsində əldə olunmuş nailiyyətləri, eyni zamanda qarşımızda duran vəzifələri müzakirə etdik. Biz inanırıq ki, azərbaycanlı icmasının cəmiyyətə inteqrasiyası Gürcüstan dövlətinin tərəqqisinə, ölkədə vətəndaş həmrəyliyinin təmin olunmasına və demokratik ənənələrin inkişafına öz töhfəsini verəcəkdir.
Toplantıda aparılmış müzakirələr və irəli sürülmüş təkliflər əsasında biz çox yaxın zamanda Gürcüstan azərbaycanlılarının ümumgürcüstan toplantısının keçirilməsinə və azərbaycanlı icmasının vahid təşkilatının yaradılacağına böyük ümidlər bəslədiyimizi ifadə etmək istərdik. Əminik ki, Azərbaycanın və Gürcüstanın dövlət başçılarının dəstəyi sayəsində bu birliyin ən qısa vaxt ərzində təsis edilməsinə nail olacağıq. İnanırıq ki, Azərbaycan və Gürcüstan prezidentlərinin bu toplantıda iştirakı xalqlarımız arasındakı dostluq münasibətlərinin sarsılmazlığının ifadəsi olacaqdır.
Müraciət 2011-ci il avqustun 29-da Batumi şəhərində keçirilmiş "Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontekstində" dəyirmi masada qəbul olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında