Zəfər bayramı münasibəti ilə Bakıda türk şəhidlərinin xatirəsi anılmışdır

Türkiyənin ölkəmizdəki səfirliyinin əməkdaşları, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşeliyi, Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB), Azərbaycan Türkiyə İş adamları Birliyinin (ATİB) üzvləri avqustun 30-da Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələr Günü münasibətilə Şəhidlər Xiyabanına gələrək, 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canından keçmiş türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, önünə əklil qoymuşlar. 
Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənmişdir.
Türkiyənin Azərbaycandakı səfirliyinin Silahlı Qüvvələr attaşesi, general-mayor Yüçel Karaüz Zəfər bayramının tarixi barədə danışmışdır. Türk Şəhidliyinin xatirə dəftərini imzalayan hərbi attaşe bildirmişdir ki, türk xalqı və Türkiyə Silahlı Qüvvələri Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi zəfər qazanmışdır. Bu böyük zəfər türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsidir. Bütün bunların nəticəsində bugünkü Türkiyə dövləti meydana gəlmişdir. Bir vaxtlar Azərbaycan əsgəri ilə çiyin-çiyinə, Azərbaycanın azadlığı uğrunda mübarizə aparan türk əsgərlərinin bir çoxu Şəhidlər Xiyabanında Azərbaycan şəhidləri ilə bir məkanı paylaşırlar.
Sonra Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üstünə gül dəstələri düzülmüşdür.
Mərasim iştirakçıları Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, şəhidlərin məzarları üzərinə gül dəstələri düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklillər qoymuşlar.

{nl}

AzərTAc

{nl}

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında