Sabirabadın daşqına məruz qalmış kəndlərində yüzə yaxın nasos quraşdırılmışdır

Fövqəladə Hallar Nazirliyinin qüvvələri Kürqırağı təbii fəlakət zonasında intensiv iş aparır. Sabirabadın daşqına məruz qalmış kəndlərində nazirliyin yüzə yaxın güclü nasosu quraşdırılmışdır.
Bu nasoslarla Kür çayının daşqın suları ən qısa müddətdə ərazidən kənara axıdılacaq və bundan sonra əhalinin yenidən öz kəndlərinə qayıtmasına icazə veriləcəkdir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov demişdir: Çalışırıq ki, əhali öz evlərinə qayıdanadək həmin kəndlərdə hazırlıq işlərini başa çatdıraq, bütün infrastruktur bərpa olunsun. İçməli suyun, təbii qazın və elektrik enerjisinin verilişi bərpa edilsin, ərazilərdə yoluxucu xəstəliklərin başvermə ehtimalı olmasın.
Nazir demişdir ki, bu, uzun çəkməyəcəkdir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq rəsmi qurumlar tərəfindən bütün tədbirlər görülür.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında