Sabirabadda subasma ilə əlaqədar köçürülmüş kəndlərin əhalisi öz evlərinə qayıdır

Kür çayının daşması ilə əlaqədar Sabirabad rayonunun subasmaya məruz qalmış ərazilərindən köçürülmüş 4 kəndinin əhalisi öz evlərinə qayıdır.
Baş nazirin müavini Abid Şərifov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov çadır şəhərciklərində məskunlaşmış insanlarla görüşmüş, onları əmin etmişlər ki, artıq kəndləri heç bir daşqın təhlükəsi gözləmir.
Çadırlarda məskunlaşmış əhalinin evlərinə qaytarılması üçün kifayət qədər yük avtomobili ayrılmışdır. Sakinlərin Çöl Ağaməmmədli, Əliləmbəyli, Bala Həşimxanlı kəndlərinə köçürülməsi davam edir. Mayın 15-də günorta saatlarına qədər 700-ə yaxın insan köçürülmüşdür. Şirvan şəhərindəki 260 çadırdan ibarət düşərgədə 1200 Sabirabad sakini məskunlaşmışdı. Onların hamısının günün sonunadək köçürülməsi təmin olunacaqdır.
Evlərinə qayıdanlara dövlət səviyyəsində hər cür qayğı və yardım göstərilir. Onlara ərzaq yardımı göstərilir, kəndlərdə Səhiyyə Nazirliyinin briqadaları tərəfindən dezinfeksiya işləri aparılır. Məqsəd yoluxucu xəstəliklərin baş qaldırmasına imkan verməməkdir.
Onu da qeyd edək ki, Sabirabad-Şirvan yolu da artıq açılmışdır. Yolun açılması sakinlərin öz evlərinə qayıtmasını xeyli asanlaşdırmışdır.
Sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında