Lerikdə iftar süfrəsi və imkansız ailələrə bayram sovqatı verildi

"On bir ayın sultanı" sayılan Ramazan ayı gəlişi ilə bərəkət, sevinc gətirməklə yanaşı, hər bir insanın mənəvi saflaşması üçün sanki bir fürsət yaradır. İnsanpərvərlik, birlik, həmrəylik bayramı olan Ramazan bayramı hər il dövlətimiz tərəfindən də yüksək səviyyədə qeyd edilir. Hər yerdə iftar süfrələri açılır, imkansızlara yardımlar göstərilir.
Bu artıq Lerikdə də bir ənənə şəklini almışdır. Hər il olduğu kimi, bu il də rayon icra hakimiyyəti başçısı tərəfindən 500-dən çox imkansız və şəhid ailələrinə, Böyük Vətən müharibəsi, Qarabağ müharibəsi və Çernobıl əlillərinə bayram payı verilmiş, "Elvin" şadlıq sarayında 350 nəfərlik iftar süfrəsi açılmışdır.
Öncə bir qrup ağsaqqalı qəbul edən rayon icra hakimiyyəti başçısı onları bayram müasibəti ilə təbrik etdi.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov tədbir iştirakçılarını qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik etdi. Bildirdi ki, milli və dini tolerantlığın hökm sürdüyü Azərbaycan Respublikasında bütün dini bayramlar, o cümlədən də Ramazan bayramı hər il təntənə ilə qeyd edilir. Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Bu ay ərzində ölkəmizdə təşkil olunan iftar süfrələri də ənənəvi tolerantlığı və sıx birliyi nümayiş etdirir. Azərbaycanda hökm sürən bu inkişafın, birliyin, vicdan azadlığının təməlində ümummilli lider Heydər Əliyevin müdrik siyasəti dayanır.
Son illərdə Azərbaycanda sosial-iqtisadi inkişafla bağlı böyük uğurlara nail olunmuşdur. O cümlədən rayonumuzda da tikinti-quruculuq işləri geniş vüsət almışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin qayğı və diqqəti nəticəsində Lerik rayonu inkişaf mərhələsindədir. Lerik şəhərinin bütün küçə və xiyabanları asfaltlaşdırılmış, o cümlədən H.Aslanov, Nizami, A.Əsədullayev küçələri təmir edilmiş, E.Qarayev və Hacı Heydər küçələrində genişləndirmə işləri aparılmış, su axarları düzəldilmiş, işıqlandırma şəbəkəsi yenidən qurulmuş, yeni modul tipli elektrik stansiyasının tikintisinə başlanmışdır. Şəhərin İ.Yaqubov küçəsində qanunsuz tikintilər sökülmüş, yaxın gələcəkdə bu küçə abadlaşdırılacaqdır. Şəhərin içməli su probleminin həlli istiqamətində işlər davam etdirilir. Artıq bununla əlaqədar tender keçirilmişdir. Lazımi texnika gətirilən kimi su xəttinin tikintisinə başlanılacaqdır. Eyni zamanda, şəhərin kanalizasiya sistemi də yaradılacaqdır.
Həmçinin kəndlərimizdə də abadlıq-quruculuq işləri aparılır. Hamarmeşə və Veri kəndlərində yeni məktəb binaları tikilir, daha 7 kənddə yeni məktəb binaları tikiləcəkdir. Su problemi olan 3 kənddə: Zenoni, Soru və Gürdəsər kəndlərində subartezian quyularının qazılması istiqamətində işlər davam etdirilir. Eyni zamanda, yolların təmiri və tikintisinə də diqqət göstərilir. Lerik-Kəlvəz və 50-ci km-Xanəgah yollarının tikintisi üçün sənədlər hazırlanaraq müvafiq təşkilatlara təqdim edilmişdir.
Ağsaqqallardan Hacı Əliənnağı Əliyev, Hacı Musa Bədəlov, rayon veteranlar şurasının sədri Hidayət Bəşirov, Abbas Zahidov, Qəhrəman Əliyev çıxış edərək göstərilən diqqətə görə minnətdarlıqlarını bildirdilər, rayonda aparılan tikinti-abadlıq işlərinin davam etdirilməsi ilə bağlı bir sıra təkliflər səsləndirdilər.
Tədbir "Elvin" şadlıq sarayında 350 nəfərlik iftar süfrəsi arxasında davam etdirildi.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında