Azərbaycan Almaniyaya nota vermişdir

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı (AFR) səfirliyi sentyabrın 16-dan 22-dək Almaniyada keçirilməsi planlaşdırılan Ermənistan mədəniyyət günləri çərçivəsində qondarma Dağlıq Qarabağın separatçı rejiminə həsr olunmuş konsertin təşkil olunmasının qarşısının alınması üçün AFR-in Xarici İşlər Nazirliyinə nota ünvanlamışdır.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, eyni zamanda, Almaniyada yaşayan həmvətənlərimiz və bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən geniş etiraz kampaniyası təşkil edilmişdir.
Azərbaycanın Ştutqartdakı Fəxri Konsulluğu tərəfindən isə bu şəhərin birinci merinin ünvanına müvafiq etiraz və izahedici məktub göndərilərək bu təxribatın qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməsi xahiş edilmişdir.
Bundan əlavə, Azərbaycanın Ştutqartdakı fəxri konsulu bu şəhərin birinci meri ilə görüşmüşdür. Görüşdə Ermənistan tərəfindən "Ermənistan mədəniyyət günləri - Ştutqart-2011" tədbirindən sui-istifadə edərək, işğal altındakı Azərbaycan torpaqlarında mövcud olan separatçı rejimin siyasi təbliğatının həyata keçirilməsinə yönəlmiş bu tədbirin təşkilinin yolverilməz olduğu bildirilmiş və təxribatın qarşısının alınması çağırışı edilmişdir.
Ermənilərin növbəti təxribatının qarşısının alınması istiqamətində səfirlik tərəfindən müvafiq zəruri tədbirlərin görülməsi davam etdirilir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında