Ombudsman və YUNİSEF-in Azərbaycandakı nümayəndəsi cənub bölgəsində olmuşlar

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova və BMT-nin Uşaq Fondunun (YUNİSEF) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mark Herevard Cəlilabad, Masallı və Lənkərandakı Gənclərin Resurs Mərkəzlərində (GRM) olmuşlar. 
Ombudsman Aparatından bildirmişlər ki, şəhər və rayon icra hakimiyyətinin və təhsil şöbələrinin nümayəndələrinin iştirak etdiyi görüşdə YUNİSEF tərəfindən yaradılan və Təhsil Nazirliyinin balansına verilmiş GRM-nin fəaliyyəti barədə məlumat verilmiş, bu mərkəzlərin fəaliyyət göstərdiyi yerlərdə "Uşaq hüquqları" dərnəklərinin yaradılması ilə bağlı müzakirələr aparılmışdır. Müvəkkil bu mərkəzlərin fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, uşaq hüquqları dərnəklərinin açılması, bu sahədə müxtəlif seminarların keçirilməsi və digər təkliflərlə çıxış etmişdir.
M. Herevard bu sahədə YUNİSEF tərəfindən dəstək veriləcəyini bildirmişdir.
Səfər çərçivəsində E.Süleymanova və M.Herevard 2007-ci ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə təmir edilmiş Lənkəran şəhəri Osman Mirzəyev adına qarışıq tipli uşaq evində olmuşlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında