Ramazan bayramı münasibətilə görüş

Masallı Rayon İcra Hakimiyyətində Ramazan bayramı ilə əlaqədar din xadimləri, ağsaqqallar və ziyalılarla görüş keçirilib.
Görüşü giriş sözü ilə açan icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev tədbir iştirakçılarını Ramazan bayramı münasibətilə təbrik edib və son illər möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə respublikamızda eləcə də rayonda əhalinin rifah halının yaxşılaşdırılması üçün görülən işlərdən ətraflı danışıb. O qeyd edib ki, son illərdə rayon ərazisindəki yollara 41,2 kilometrdən çox asfalt döşənmiş, 5 yeni park salınmış, 30-a yaxın yeni məktəb binası tikilmiş, 5 məktəb əsaslı təmir olunmuş, 51 yaşayış məntəqəsi üzrə 17821 abonentə qaz verilmiş, mövcud ATS-lər tam elektronlaşdırılmışdır. Kənd təsərrüfatında əldə olunan uğurlara da toxunan natiq qeyd edib ki, görülmüş tədbirlər nəticəsində rayonda əkin sahələri xeyli genişləndirilmiş və 2011-ci ildə rekord həddə - 31 min tondan çox taxıl istehsal olunmuşdur. Digər sahələrdə də nəzərəçarpan uğurlar qazanılmışdır.
Sonra Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, rayon ağsaqqallar şurasının sədri Cavanşir Əsədov, din xadimi Mirəziz Seyidzadə və başqaları çıxış edərək Ramazan bayramı münasibətilə təbriklərini çatdırıb, ölkəmizdə, eləcə də rayonda aparılan tikinti və quruculuq işlərinin əhəmiyyətindən danışaraq, möhtərəm Prezident cənab İlham Əliyevin Azərbaycanın tərəqqisi naminə yürütdüyü daxili və xarici siyasəti ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamı kimi dəyərləndiriblər. Pensiyaların artırılmasını xüsusi minnətdarlıqla vurğulayan natiqlər son illər ərzində rayonun sosial problemlərinin ardıcıl həll olunması, təhsil və səhiyyə ocaqlarının tikilməsi, yolların təmiri və bərpası sahəsində görülən işləri təqdir edib, 3 ay ərzində Masallı rayonunun inkişafı üçün iki dəfə (2 milyon və 3,5 milyon manatlıq) dövlət vəsaitinin ayrılmasını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayon sakinlərinə xüsusi diqqət və qayğısı kimi qiymətləndiriblər. Natiqlər bütün Masallı ictimaiyyəti adından rayona olan diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq duyğularını ifadə ediblər.

{nl}

Ə.ƏLİYEV,"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında