Astana ilə Bakı arasında birbaşa təyyarə reysinin açılması gözlənilir

Qazaxıstanla Azərbaycan arasında birbaşa hava nəqliyyatının açılması ilə bağlı danışıqlar aparılır.
"Azadinform" xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov keçirdiyi mətbuat konfransında məlumat vermişdir.
Onun sözlərinə görə, danışıqlar Qazaxıstanın SCAT şirkəti ilə aparılır. Hazırda həftədə üç dəfə Almatı-Bakı-Almatı reysinin həyata keçirildiyini diqqətə çatdıran səfir bildirib ki, indi Astana ilə Bakı arasında birbaşa reysin açılması barədə məsələ həll olunmaq ərəfəsindədir.
Qazaxıstanla Azərbaycan arasında hava nəqliyyatının inkişafında müsbət dinamikanın olduğunu vurğulayan səfir xatırladıb ki, bir neçə il əvvəl üçüncü ölkə vasitəsilə uçmaq lazım gəlirdi və bu da narahatlıq yaradırdı.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında