Kənd təsərrüfatının inkişafı üçün ayrılan kreditlərin məbləği artır

Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı üçün ayrılan güzəştli kreditlərin verilməsi cari ilin birinci yarısında da uğurla davam etdirilmişdir.
"Naxçıvan-Kredit" Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mal-qaranın alınması və saxlanması üçün 1 milyon 424 min 700 manat, kartof əkini üçün 1 milyon 647 min manat, kiçik biznes üçün 150 min manat, yazlıq əkin üçün 1 milyon 884 min 500 manat, arı ailələrinin alınması və saxlanılması üçün 189 min manat kredit verilmişdir.
Ümumilikdə, muxtar respublika üzrə 5 min 222 nəfərə 5 milyon 296 min manat güzəştli kredit verilmişdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 dəfə çoxdur. 2011-ci il iyulun 1-nə muxtar respublikanın 7 min 162 torpaq mülkiyyətçisi və sahibkarının istifadəsində 7 milyon 324 min 170 manat kredit vəsaiti vardır. Həmin kreditlərin təyinatı üzrə 5 milyon 137 min manatı bitkiçiliyə (taxıl, kartof, şəkər çuğunduru), 1 milyon 787 min manatı mal-qaranın alınması və saxlanılmasına, 262 min manatı arı ailələrinin alınmasına, 138 min 500 manatı kiçik biznesin inkişaf etdirilməsinə yönəldilmişdir. Torpaq mülkiyyətçiləri və fermerlərlə qarşılıqlı birgə fəaliyyətin, muxtar respublikada yaradılan möhkəm maliyyə intizamının nəticəsidir ki, kreditlərin 99,5 faizi geri qaytarılmışdır.

{nl}

AzərTAc

{nl}

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında