Dağlıq Qarabağdakı oyuncaq rejimin "müstəqilliyinin 20 illiyi" münasibətilə Almaniyada planlaşdırılan konsertə qarşı etirazlar güclənir

Almaniyada sentyabrın 16-dan 22-dək keçiriləcək Ermənistan mədəniyyəti günləri çərçivəsində Dağlıq Qarabağdakı oyuncaq rejimin qondarma "müstəqilliyinin 20 illiyi"nə həsr edilmiş konsert verilməsi planlaşdırılır. Almaniya Azərbaycanlılarını Əlaqələndirmə Mərkəzi (AAƏM) bununla əlaqədar etiraz tədbirlərini fəallaşdırmışdır.
AAƏM Baden-Vürtemberq əyalətinin rəhbərliyinə, həmçinin Ştutqart şəhərinin bələdiyyəsinə etiraz məktubları göndərmişdir. Avropa Azərbaycanlılar Konqresi, Almaniya Azərbaycan Diasporunun Mərkəzi Şurası, Azərbaycan-Türkiyə İttifaqı və bir sıra başqa cəmiyyətlər də bu aksiyaya qoşulmuşlar. Məktubda Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti, Ermənistanın BMT qətnamələrini yerinə yetirməməsi, habelə bu cür tədbirlər keçirilməsinin qarşısını almağın zəruri olması vurğulanır.
Məktubu azərbaycanlılarla yanaşı, almanlar və yəhudi icmasının nümayəndələri də imzalamışlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında