Almaniyanın yepiskopu Dr.Fayqe: "Ermənistan tərəfi beynəlxalq təşkilatların qətnamələrini icra etməli, Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalıdır"

Almaniyada fəaliyyət göstərən Almaniya Azərbaycan Diasporunun Mərkəzi Şurasının prezidenti, həmvətənimiz Tengis Sade Baron zu Romkerhall Almaniyanın yepiskopu Dr.Fayqe ilə görüşmüşdür.
Görüşdə şuranın prezidenti rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, gələcək layihələri və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat vermişdir.
Yepiskop Dr.Fayqe Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyətə münasibət bildirərək demişdir: "Mən Tanrıdan onu arzulayıram ki, Dağlıq Qarabağ məsələsi öz həllini sülh yolu ilə tapsın. Mən bu məsələnin həllində heç bir çətinlik və ya maneə görmürəm. Sadəcə Ermənistan tərəfi beynəlxalq təşkilatların qətnamələrini icra etməli, Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalı, Azərbaycan vətəndaşları isə öz doğma torpaqlarına qayıtmalıdırlar. Bu, yeganə bir yoldur və bu məsələnin həlli üçün başqa bir yol yoxdur".

{nl}

Vüqar SEYİDOV AzərTAc-ın xüsusi müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında