Kürdəmirdə ümumtəhsil müəssisələrinin yeni dərs ilinə hazırlığın vəziyyəti geniş müzakirə olunmuşdur

Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən şura iclasında rayonun ümumtəhsil müəssisələrində yeni dərs ilinə hazırlığın vəziyyəti geniş müzakirə olunmuşdur. İclası giriş sözü ilə açan icra başçısı Fəxrəddin Məlikov ümummilli liderimiz Heydər Əliyevin başladığı və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil islahatlarından, bu sahədə, xüsusilə məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr hazırlığı sahələrində qazanılan uğurlardan danışmışdır. Son illər Kürdəmirdə də təhsil sahəsində həyata keçirilən layihələrdən bəhs edən icra başçısı bu istiqamətdə tədbirlərin davam etdirildiyini söyləmiş, qarşıda duran həlli vacib məsələlərdən bəhs etmişdir.
Şura iclasında icra başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Əbülfət Mikayılovun məsələ ilə əlaqədar məruzəsi dinlənilmiş, müzakirələr aparılmışdır.
Qeyd olunmuşdur ki, qarşıdakı dərs ilində rayonda 43 tam orta, 12 ümumi orta, 3 ibtidai məktəb, 4 məktəbdənkənar müəssisə və 11 uşaq bağçası fəaliyyət göstərəcəkdir.
Ümumtəhsil məktəblərinin tikintisi və təmiri, inventar və avadanlıqlarla təminatı istiqamətində xeyli işlər görülmüşdür. Son 7 ildə rayonda 6840 şagird yerlik 24 yeni məktəb binasının tikildiyi qeyd olunmuş, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı çərçivəsində bu il 3 nömrəli tam orta məktəb üçün yeni binada inşa işlərinin başa çatdırıldığı bildirilmişdir.
Bu il Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə uzun illər qəzalı vəziyyətdə olan Bala Kəngərli kənd ümumi orta məktəbi üçün 200 şagird yerlik yeni tədris binası tikilib istifadəyə verilmişdir.
Yerli büdcə hesabına Ərəbqubalı, Məhərrəmli kənd tam orta məktəblərinin və texniki yaradıcılıq mərkəzinin binaları əsaslı təmir edilmiş, 37 məktəbdə, 6 uşaq bağçası və körpələr evində cari təmir işləri aparılmışdır.
Hazırda məktəblərin əsaslı və cari təmiri işləri davam etdirilir.
Ümumtəhsil məktəblərinin tədris inventarı və avadanlıqla təminatı da diqqət mərkəzindədir.
Şura iclasında ümumtəhsil məktəblərinin dərs ilinə hazırlığında rayonun bir sıra idarə, müəssisə və təşkilatlarının, yerli bələdiyyələrin də yaxın köməyi qeyd olunmuşdur.
Lakin bütün bunlara baxmayaraq bəzi məktəblərdə dərs ilinə hazırlıq heç də qənaətbəxş deyildir. Bir sıra məktəblərdə təmir işləri keyfiyyətsiz yerinə yetirilmiş, bəzi məktəblərdə isə tədrisin yüksək səviyyədə aparılması üçün lazımi şərait yoxdur.
Qışa hazırlığın vəziyyəti barədə də ətraflı danışılaraq bu sahədə təxirəsalınmaz tədbirlərin zəruriliyi qeyd olunmuşdur.
Şura iclasında müzakirə olunan məsələ ilə əlaqədar geniş qərar qəbul edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında