Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

Avqustun 26-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilmişdir. 
MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, M.Pənahov gündəlikdə duran məsələlər barədə komissiya üzvlərinə məlumat vermişdir.
Əvvəlcə Mərkəzi Seçki Komissiyasının 2011-ci il 23 avqust tarixli iclasının protokolu təsdiq edilmişdir. Sonra gündəlikdəki ikinci məsələyə - MSK-ya daxil olmuş bəzi müraciətlərə baxılmışdır. Müraciətlərin araşdırılması üzrə komissiya üzvlərinin məlumatları dinlənildikdən sonra bildirilmişdir ki, 109 saylı Balakən və 94 saylı Bərdə kənd seçki dairələri dairə seçki komissiyalarının müvafiq qərarlarının qəbulu zamanı prosedura qaydalarına əməl edilməmiş və bu səbəbdən ləğv olunmalıdır. 100 saylı Şəmkir-Daşkəsən və 101 saylı Göygöl-Daşkəsən seçki dairələri dairə seçki komissiyalarının müvafiq qərarları ilə bağlı hissədə isə heç bir qanun pozuntusunun olmadığı bildirilmişdir.
Gündəliyin sonuncu, üçüncü məsələsinin müzakirəsindən sonra komissiya üzvləri MSK-nın 5 saylı Şahbuz-Babək seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsi barədə qərar qəbul etmişlər.
İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında