Naxçıvanda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilmişdir

Avqustun 26-da Naxçıvan şəhərində 2010/2011-ci tədris ilində ümumtəhsil məktəblərini bitirmiş və ali məktəblərə qəbul imtahanlarında 500-700 bal toplamış tələbələrlə görüş keçirilmişdir.
Tədbirdə çıxış edən muxtar respublikanın təhsil naziri Piri Nağıyev bildirmişdir ki, təhsilin inkişafına göstərilən yüksək diqqət və qayğı Naxçıvanda ali məktəblərə qəbul səviyyəsinin ilbəil artmasına səbəb olmuş, cari ildə ali məktəblərə sənəd verən 3258 abituriyentdən 1551-i tələbə adı qazanmışdır. Muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində yaradılmış şəraitin nəticəsidir ki, ixtisas seçimi zamanı 2010-cu ildə 897, 2011-ci ildə isə 930 abituriyent muxtar respublikamızda yerləşən ali təhsil müəssisələrinə üstünlük vermişdir. Bu il abituriyentlərin 608 nəfəri Naxçıvan Dövlət Universitetinə, 196-sı Naxçıvan Müəllimlər İnstitutuna, 126-sı isə Naxçıvan Özəl Universitetinə daxil olmuşdur.
Valideyn Lətifə Həsənova, Heydər Əliyev adına tam orta məktəbin məzunu, 658 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsinə daxil olmuş Azər Məmmədov çıxış edərək gənclərə göstərilən qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yüksək bal toplayan məzunları və onların timsalında muxtar respublika ümumtəhsil məktəblərinin tələbə adını qazanan bütün məzunlarını təbrik edərək demişdir: "Tələbə adını qazanmağınızda hər birinizin təhsil aldığınız məktəbin və müəllim əməyinin böyük rolu olmuşdur. Müəllimsiz məktəb olmadığı kimi, məktəbsiz də təhsil, təhsilsiz isə cəmiyyətin inkişafı mümkün deyildir.
Azərbaycanda təhsilin inkişafı, bu sahədə güclü maddi-texniki bazanın yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimizin müəyyənləşdirdiyi təhsil strategiyası bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dünyanın yeni reallıqları nəzərə alınaraq davam və inkişaf etdirilir. Bu inkişaf Naxçıvan Muxtar Respublikasında da özünü göstərməkdədir. Belə ki, 2010-cu ildə 500-700 intervalında yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan tələbələrin sayı 280 idisə, 2011-ci ildə 500-700 bal toplayan məzunların sayı 296 olmuşdur".
Ali Məclisin sədri demişdir: "Bu gün sizin həyatınızda yeni mərhələ başlanır. Ali təhsil sahəsində çətin və şərəfli yola qədəm qoyursunuz. Bu yol ona görə şərəflidir ki, siz gələcəyin mütəxəssisi kimi yetişib formalaşacaqsınız. Ona görə çox çalışmaq, çox mütaliə etmək lazımdır. Çalışın ki, biliklərə mükəmməl və dərindən yiyələnəsiniz".
Sonra ali məktəblərə qəbul imtahanlarında 500-700 bal toplayaraq tələbə adını qazanmış məzunlara Ali Məclisin sədri tərəfindən ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş "Həyat yolu. 1923-2003" kitabı və pul mükafatı təqdim olunmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında