Məcburi köçkünlərin mənzil-məişət şəraiti yaxşılaşdırılır

Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamlara və verdiyi tapşırıqlara uyğun olaraq ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəinki ölkə ictimaiyyəti, eləcə də nüfuzlu beynəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndirilir.
Belə ki, ölkə başçısının müvafiq sərəncamları ilə təsdiq olunmuş Dövlət Proqramında və ona edilmiş əlavələrdə, eləcə də məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlərlə bağlı müvafiq sərəncamlarda nəzərdə tutulmuş vəzifələr uğurla yerinə yetirilir. Neçə illərdir müxtəlif ərazilərdəki istismar müddəti başa çatmış və yaşayış üçün heç bir şəraiti olmayan fin tipli qəsəbələrdə, məktəb və bağçalarda, sanatoriyalarda məskunlaşmış, ilk növbədə köçürülməyə daha çox ehtiyacı olan soydaşlarımız üçün müxtəlif ərazilərdə tikintisinə başlanılmış yeni qəsəbələr və hündürmərtəbəli yaşayış binaları bir neçə aydan sonra onların istifadəsinə veriləcəkdir.
Hazırda Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi əsasında Dövlət Neft Fondunun vəsaiti ilə Ağcabədi rayonunda 552 ailə üçün qəsəbənin, 556 ailə üçün 10 ədəd beşmərtəbəli yaşayış binalarının və Goranboy rayonunda 524 ailə üçün 9 ədəd beşmərtəbəli yaşayış binaları kompleksinin tikintisi sürətlə davam etdirilir. Bütün sosial-texniki infrastrukturu ilə birlikdə istifadəyə veriləcək həmin qəsəbə və yaşayış massivində müvafiq olaraq 360 yerlik müasir tipli məktəb binaları, hər birində 50 yerlik uşaq bağçaları, klub-icma mərkəzləri, inzibati binalar, yanğınsöndürmə deposu, ambulatoriya, musiqi məktəbi də inşa olunur ki, bütün bunlar da soydaşlarımızın sosial-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədinə xidmət edir.
Ağcabədi rayonunda inşa edilən qəsəbədə artıq mənzillərin tikintisi başa çatmış, evlərin dam örtükləri vurulmuşdur. Qəsəbələrin və hündürmərtəbəli yaşayış komplekslərinin su, elektrik enerjisi ilə təchizatı və digər kommunikasiya işləri də tikinti ilə paralel qaydada aparılır. Bir sözlə, digər ərazilərdəki kimi bu ərazilərdə də məcburi köçkünlərin müasir tələblərə cavab verən mənzillərlə təmin olunması, onlar üçün hərtərəfli şərait yaradılması qarşıda duran əsas vəzifələrdəndir.
İnşaat işlərinə əsasən məcburi köçkünlərin özləri cəlb olunduğundan bu, onların sosial vəziyyətinin yaxşılaşdırılmasında, istərsə də məşğulluqlarının təmin edilməsində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə stimul verir.
Tikinti işlərinin gedişi ilə yerində tanış olmaq, qarşıya çıxan çətinlikləri, inşaatçıları narahat edən məsələləri yerində həll etmək məqsədilə Baş nazirin müavini - Dövlətqaçqınkomun sədri Əli Həsənov Ağcabədi və Goranboy rayonlarında olmuşdur. O, istər inşaatçılarla keçirdiyi söhbətlərdə, istərsə də işlərin gedişi ilə tanışlıq zamanı bildirmişdir ki, cənab Prezident tərəfindən məcburi köçkünlərin mənzil-məişət və sosial şəraitlərinin yaxşılaşdırılması baxımından qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi hər birimizin ən ümdə borcumuzdur. Bunları nəzərə alaraq məcburi köçkünlər üçün bütün sosial-texniki infrastrukturu ilə yeni qəsəbələrin salınmasına və hündürmərtəbəli binaların inşasına cəlb olunmuş tikinti təşkilatları da qarşılarına qoyulmuş vəzifələrin vaxtında icrasını başa çatdırmalıdırlar.
Görüş zamanı inşaatçıları maraqlandıran və narahat edən məsələlərə də hərtərəfli aydınlıq gətirildi. Ə.Həsənov vəziyyətlə tanışlıqdan sonra qarşıya qoyulmuş vəzifələrin vaxtında yerinə yetiriləcəyinə əminliyini ifadə etmiş və Prezident İlham Əliyevin bu sahə ilə bağlı qarşıya qoyduğu bütün vəzifələrin yerinə yetirilməsinin vacibliyini bir daha önə çəkmişdir.
Baş nazirin müavini, həmçinin son günlər regionlarda baş vermiş leysan yağışlarının vurduğu ziyanla yerində tanış olmuş, Goranboyda Veysli qəsəbəsinə, həmçinin Ağdam və Bərdəyə dəymiş ziyanla əlaqədar müvafiq tapşırıqlar vermişdir.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında