Kanadada Azərbaycan Tədqiqatlar İnstitutu təsis edilmişdir

Diasporla İş üzrə Dövlət Komitəsindən "Trend"ə verilən məlumata görə, Kanadanın dünya şöhrətli Vaterloo Universitetinin bazasında fəaliyyət göstərən KATİ Azərbaycan üzrə tədqiqatlar üçün aparıcı elmi mərkəz olacaq.
KATİ həmçinin qarşılıqlı maraq doğuran layihələr üzrə Kanadanın və Azərbaycanın digər akademik institutları, xüsusilə, Toronto Universitetinin Qlobal Məsələlər üzrə Munk Kollecinin alimləri, tələbələri ilə sıx əməkdaşlıq edərək Azərbaycanın nailiyyətlərinin və mədəni irsinin təbliği işinə önəmli töhfə vermək niyyətindədir.
KATİ-nin əsas hədəflərindən biri Azərbaycan İnternet Ensiklopediyasının (ingilis dilində) yaradılması yolu ilə ölkəmizin tarixi, coğrafiyası, ədəbiyyatı, iqtisadiyyatı, diasporu və mədəni irsini tanıtmaq, elmi ictimaiyyət, hökumət və media işçiləri üçün yüksəksəviyyəli konfrans, seminar və mühazirələr təşkil etmək, Azərbaycan həqiqətlərini geniş auditoriyaya çatdırmaqdır.
Azərbaycan və Azərbaycan-Kanada əlaqələri üzrə tədqiqat aparan aspirantlar və doktorantlar üçün təqaüdlər təsis etməklə alimlərin dəstəklənməsi, eləcə də Vaterloo Universitetinin incəsənət fakültəsi və Toronto Universitetinin Qlobal Məsələlər üzrə Munk Kolleci ilə birgə çalışaraq bu məktəblərin yüksək standartlarının Azərbaycan tarixinin və dilinin tədrisinə yönəldilməsi də KATİ-nin əsas məqsədlərindən biridir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında