Tufandağ zirvəsində quraşdırılmış avtomat meteoroloji stansiyalara baxış keçirilmişdir

12-18 avqust 2011-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin və Şahdağ Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin əməkdaşlarından ibarət ekspedisiya qrupu Şahdağ Milli Parkının yüksək dağlıq ərazisində fəaliyyət göstərən Tufandağ və Kabaş avtomat meteoroloji stansiyalarına baxış keçirmişlər.
Ekspedisiya üzvləri stansiyaların fəaliyyətini yoxlamış, tənzimləmə işləri aparmış və stansiyaları qış mövsümünə hazır vəziyyətə gətirmişlər. Görülən işlər nəticəsində hər iki stansiyadan hava haqqında məlumatlar Milli Hidrometeorologiya Departamentinə müntəzəm ötürülür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin ilk stansiyası 3700 metr hündürlükdə Şahdağ ərazisində, digəri isə təqribən 3000 metr hündürlükdə Şahdüzündə 2009-cu ildən fəaliyyət göstərir. Üçüncü stansiya isə 17 avqust 2010-cu il tarixində Tufandağ zirvəsinin 4172 metr hündürlüyündə quraşdırılmışdır. Stansiyaların hər üçünün fəaliyyətinin və kommunikasiyasının təmin edilməsi üçün tələb olunan enerji günəş panelləri vasitəsilə təmin olunur.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında