Şamaxı rayonunun içməli su təchizatı yaxşılaşdırılır

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi bölgələrin infrastruktur imkanlarının əsaslı şəkildə yaxşılaşdırılmasına səbəb olur. Bu baxımdan ölkə regionlarında kommunal sektorda da mühüm tədbirlər həyata keçirilir, əhalinin qaz, elektrik enerjisi və içməli su ilə təminatı getdikcə yaxşılaşdırılır. Dövlət Proqramında su sektoru üzrə nəzərdə tutulmuş tədbirlərin icrası da getdikcə sürətləndirilir.
Bu yaxınlarda "Azərsu" Açıq Səhmdar Cəmiyyəti Şamaxı rayonunda əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə tikinti və yenidənqurma işlərinə başlamışdır. Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin bu barədə yaydığı məlumatda bildirilir ki, səhmdar cəmiyyətin hazırladığı tədbirlər planına uyğun olaraq rayonun Sabir qəsəbəsində və Əngəxaran kəndində iki ədəd artezian quyusu qazılaraq istismara verilmişdir. Əngəxaran kəndində qazılmış quyunun suyu rayon mərkəzini içməli su ilə təmin edən anbara daxil olacaq, oradan isə paylayıcı şəbəkəyə ötürüləcək. Diametri 160 millimetr, uzunluğu isə 1300 metr olan boru xəttinin çəkilişi də artıq başa çatdırılmışdır. Hazırda xətlərdə birləşdirmələr aparılır. Bununla yanaşı, suyun rayon mərkəzindəki mənzillərə çatdırılmasını təmin etmək üçün məhəllədaxili xətlərin vəziyyəti yoxlanılır və abunəçilər üçün sayğaclar quraşdırılır.
Sabir qəsəbəsində qazılmış artezian quyusu isə qəsəbənin su təchizatının yaxşılaşdırılması üçün nəzərdə tutulmuşdur. Bu məqsədlə indiyə qədər həmin yaşayış məntəqəsində 750 metr uzunluğunda boru xətti çəkilmişdir. 115 metr uzunluğunda əlavə xətt çəkildikdən sonra isə borular birbaşa şəbəkəyə qoşulacaq.
Qeyd edək ki, yeni qazılmış artezian quyularının ümumi məhsuldarlığı saatda 50 kubmetrdir. Bu layihənin həyata keçirilməsi nəticəsində Şamaxı şəhəri və Sabir qəsəbəsində 600-dən artıq abunəçinin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaq.
"Azərsu" Səhmdar Cəmiyyətinin daxili imkanları hesabına həyata keçirilən layihə yaxın günlərdə tam başa çatdırılacaq.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında