Balakəndə Beynəlxalq Ailə Günü qeyd edildi

BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq hər il olduğu kimi bu il də Balakən rayonunda tərtib olunmuş tədbirlər planı əsasında 15 May - Beynəlxalq Ailə Günü münasibəti ilə silsilə tədbirlərin keçirilməsi təmin olunmuşdur.
Rayonun Kortala, Mahamalar, Qaysa, Qazma 1 saylı orta məktəblərində "Ailə və məktəb arasında əlaqə", "Uşaqların maraq və hüquqlarının qorunması", "Müəllim və uşaqlar arasında əlaqə və valideynlərin uşaqlarla davranış qaydaları" mövzusunda dəyirmi masalar keçirilmişdir.
Sağlam həyat tərzinin təbliği məqsədilə Səhiyyə Şöbəsi tərəfindən "Öz sağlamlığından arxayın ol" şüarı altında təhsil müəssisələrində seminarlar təşkil olunmuşdur.
Uşaq Yaradıcılıq Mərkəzi və rayon Gənclər və İdman İdarəsi tərəfindən "Mənim ailəm" mövzusunda foto müsabiqəsi keçirilmişdir.
Qaysa kənd sakinləri 7 övladı, 19 nəvəsi, 2 nəticəsi olan İsrafil və Ayşə Anarəcəbovların birgə 50 il ömür sürmələri münasibətilə təşkil olunmuş "Qızıl toy" mərasimində səbəbkarlara RİH-i və kənd icra nümayəndəliyi tərəfindən qiymətli hədiyyələr verilmişdir.
Məktəbəqədər uşaq müəssisələrində "Qoy həmişə günəş olsun" mövzusunda asfalt üzərində rəsm müsabiqəsi keçirilmişdir.
Kulinariya, əl işləri, "2009-cu ilin gənc ailəsi" və digər müsabiqələrin qalibi olmuş Azad və Fatma Dibirovaların ailəsi qalib kimi Qax rayonunda keçirilən Ailə Bayramında iştirak etmək üçün dəvət olunmuşlar.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında