ATƏT-in Bakı ofisinin yeni rəhbəri Koray Tarqay Xarici İşlər Nazirliyində olmuşdur

Avqustun 25-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Bakı ofisinin yeni rəhbəri, səfir Koray Tarqay ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə K.Tarqay ölkəmizdə səfir təyin olunmasından məmnunluğunu ifadə etmişdir. Diplomat fəaliyyət dövründə rəhbərlik etdiyi təşkilatın Azərbaycanın xarici siyasət idarəsi ilə sıx və səmərəli əlaqələr quracağını demişdir.
K.Tarqayı təyinatı münasibətilə təbrik edən E.Məmmədyarov ATƏT-in Bakı ofisi ilə daim sıx və səmərəli əlaqələrin olduğunu vurğulamış, bu əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduğunu bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında