"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi İdarə Heyətinin üzvləri "N" hərbi hissəsində olmuşlar

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi İdarə Heyətinin üzvləri Beyləqanda yerləşən "N" hərbi hissəsində olmuş, şəxsi heyətlə görüşmüşlər.
Qonaqlar əvvəlcə kompyuterləşdirilmiş artilleriya sinfi ilə tanış olmuşlar.
Sonra sıra təlimi meydanında şəxsi heyətlə görüş olmuşdur. İcmanın rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov əsgər və zabitləri salamlamış, şəxsi heyətə döyüş və fiziki hazırlıqda uğur arzulamışdır. O demişdir: "Xalqımız inanır ki, lazım gələn anda Ali Baş Komandanın əmri ilə düşməni yerində oturdacaq, şəhidlərimizin qisasını alacaqsınız. Xalqımız sizinlə fəxr edir. Azərbaycan əsgərinə eşq olsun!".
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev demişdir ki, əsgər olmaq, Vətənin keşiyində dayanmaq hər bir gəncin borcudur. Müharibə şəraitində olan ölkənin əsgəri olmaq ikiqat məsuliyyətlidir. Münaqişənin həlli ilə bağlı danışıqların gedişi, tərəflərin mövqeyi haqqında məlumat verən İ.Əliyev demişdir ki, Qarabağa gedən yolu siz açacaqsınız.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov demişdir ki, artıq Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 18 il keçir. Bu, tariximizdə qara ləkədir və bu ləkəni qazanacağınız qələbə ilə siz yumalısınız. Anma mərasimləri əvəzinə qələbə günlərini qeyd etməliyik. Bu sevinci bizə siz bəxş edəcəksiniz. İşğalçıları qovub torpaqlarımızı azad etmək bizim üçün şərəf məsələsidir.
Qonaqlar hərbi hissəyə qiymətli hədiyyə təqdim etmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında