BMT-yə üzv ölkələrin daimi nümayəndələri Azərbaycanın regionda və dünyada gedən proseslərdəki iştirakını yüksək qiymətləndirirlər

Azərbaycanda səfərdə olan BMT-yə üzv 13 ölkənin daimi nümayəndəsi avqustun 25-də Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşmüşdür.  
Komitənin sədri Səməd Seyidov qonaqlara Azərbaycanın dövlətçilik tarixi, Milli Məclisin fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat vermişdir. Komissiya sədri demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün beynəlxalq təşkilatlarla, o cümlədən BMT ilə sıx əməkdaşlıq edir. Avropa Şurasının tamhüquqlu üzvü kimi Avropa İttifaqının bütün proqramlarında fəal iştirak edir. Biz inanırıq ki, BMT-də də rəsmi Bakının mövqeyi daha da möhkəmlənəcək, fəaliyyəti genişlənəcəkdir. S.Seyidov BMT-yə üzv ölkələrin daimi nümayəndələrinin bundan əvvəl də ölkəmizə səfər etdiklərini xatırlatmışdır. O, bu cür səfərlərin əlaqələrimizin hərtərəfli inkişafında mühüm rol oynadığını qeyd etmişdir.
Komitə üzvləri Sevinc Fətəliyeva, Asim Mollazadə, Qənirə Paşayeva, Ceyhun Osmanlı və başqaları Azərbaycanın müstəqillik tarixi, sosial-iqtisadi inkişafı, eləcə də üzləşdiyi problemlərdən danışmışlar. Deputatlar Ermənistanın Azərbaycan torpaqlarının 20 faizdən çoxunu işğal etməsinin, bir milyondan artıq insanın 20 ildən çoxdur ki, qaçqın və məcburi köçkün həyatı yaşamasının, BMT Təhlükəsizlik Şurasının bununla əlaqədar qəbul etdiyi dörd qətnamənin hələ də kağız üzərində qalmasının haqlı narazılıq doğurduğunu bildirmişlər.
Beninin BMT yanındakı daimi nümayəndəsi Jan-Fransis Reqis Zinsou Bakıya səfərinin əhəmiyyətini yüksək qiymətləndirmiş, nümayəndə heyəti adından Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdir. Diplomat demişdir ki, bu cür səfərlər ikitərəfli münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Sent Vinsent və Qrenadin dövlətinin nümayəndəsi Kamillo Qonsalves isə demişdir ki, Karib dənizi hövzəsi ölkələri xarici siyasətdə vahid mövqedən çıxış etmək barədə razılıq əldə etmişlər. Bu 14 ölkə BMT-də keçiriləcək səsvermədə Azərbaycanın mövqeyini müdafiə edəcəkdir.
Digər nümayəndələr də Bakıya səfərdən məmnun qaldıqlarını bildirmiş, Azərbaycanın regionda və dünyada gedən proseslərdəki iştirakını yüksək qiymətləndirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında