Liviyanın Azərbaycandakı səfirliyində yeni bayraq qaldırıldı

Bu gün Liviyanın Azərbaycandakı səfirliyində Liviya Milli Keçid Şurasının bayrağı qaldırılıb. Trend bu barədə Liviyanın müvəqqəti işlər vəkili Naci Qəzalə istinadən xəbər vermişdir.
"Milli Keçid Şurası Liviyanın legitim hakimiyyət orqanıdır, ona görə də biz səfirlik üzərində yeni bayraq qaldırmışıq", - deyə Qəzalə bildirmişdir.
Müvəqqəti işlər vəkilinin sözlərinə görə, Liviyanın bütün dünyadakı diplomatik nümayəndəlikləri bu addımı atacaqlar. O qeyd edib ki, səfirlik üzərindən Liviyanın bayrağı Qəddafi rejiminin süqut etməsindən dərhal sonra endirilmişdir.
Avqustun 22-də üsyançılar, demək olar ki, bütün Liviya paytaxtına nəzarət etdiklərini bəyan etmişlər. Üsyançılar Tripoliyə həm qərbdən, həm şərqdən, həm də dənizdən hücum etmişlər. "Əl-Cəzirə" və "əl-Ərəbiyyə " telekanallarının məlumatına görə, Tripolidə Qəddafinin prezident qvardiyası silahı yerə qoyaraq təslim olmuşdur.
Milli Keçid Şurasının rəhbəri Mustafa Əbdül Cəlil üsyançıların Qəddafinin oğlu Məhəmmədi həbs etdiklərini bildirib. Bir müddət əvvəl informasiya agentliyi Müəmmar Qəddafinin oğlanlarının üçünün də həbs edildiyini xəbər vermişdi, sonradan bu məlumatın həqiqətə uyğun olmadığı məlum olmuşdu. Müəmmar Qəddafinin özünün harada olduğu hələ də məlum deyil.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında