Fransanın Azərbaycandakı səfirliyinin məlumatı

Fransanın Azərbaycandakı səfirliyindən AzərTAc-a daxil olan məlumatda bildirilir ki, cari il avqustun 23-də keçirilmiş mətbuat saatında Fransanın Xarici İşlər və Avropa Məsələləri Nazirliyinin sözçüsünə fransalı deputatların bir neçə gün əvvəl Dağlıq Qarabağa getməsi ilə bağlı sual verilmişdir.
Bununla əlaqədar o aşağıdakı bəyanatı vermişdir:
"Dağlıq Qarabağa münasibətdə bizim mövqeyimiz deputatlara lazımi şəkildə bildirilmişdir. Bu səfər nəticə etibarilə Fransanın həmin münaqişə ilə bağlı siyasətində üzərinə heç bir öhdəlik qoymur və nə də onun siyasətini dəyişmir.
Fransa beynəlxalq birliyin bütün ölkələri, o cümlədən Ermənistanın özü kimi, bu ərazinin müstəqilliyini tanımır.
Bu ərazinin beynəlxalq hüquqi statusu yalnız sülh yolu ilə, ədalətli şəkildə və bütün aidiyyəti tərəflər arasında razılaşdırılmış həll çərçivəsində müəyyən edilə bilər. Fransa Birləşmiş Ştatlar və Rusiya ilə birlikdə ATƏT-in Minsk qrupuna həmsədrlik edir. Buna əsasən ona, sonuncu Helsinki Aktının prinsipləri əsasında və Fransa, ABŞ və Rusiya prezidentləri tərəfindən dəfələrlə, o cümlədən "böyük səkkizlərin" 2009-cu il Akvil və 2010-cu il Muskoka zirvə görüşləri zamanı irəli sürülmüş təkliflərə uyğun olaraq kompromis tapılmasına kömək etmək öhdəliyi verilmişdir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında