"Dövlət və Din" ictimai fikir toplusunun yeni nömrəsi çapdan çıxmışdır

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) "Dövlət və Din" ictimai fikir toplusunun builki növbəti 4-cü nömrəsi çapdan çıxmışdır.
DQİDK-dan bildirmişlər ki, toplunun ənənəvi "Rəsmi guşə" bölməsində "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Qanun, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 10 iyun tarixli qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı, dövlət başçısı İlham Əliyevin Sumqayıt şəhərindəki Cümə məscidində aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olması geniş işıqlandırılmışdır.
Toplunun bu hissəsində DQİDK-nın yaradılmasının 10 illiyi münasibətilə qurumun əməkdaşlarının Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etmələri, daha sonra Şəhidlər Xiyabanında "Əbədi məşəl" abidəsinin önünə əklil qoymaları barədə məlumat və fotoşəkillər yer almışdır.
Bu rubrikada, həmçinin DQİDK-da qurumun yaradılmasının 10 illiyinə həsr olunmuş "dəyirmi masa", tədbir iştirakçılarının dövlət başçısına müraciəti və qurumun bir qrup əməkdaşının dövlətimizin yüksək mükafatı ilə təltif edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası ilə əlaqədar keçirilən təqdimat mərasimi haqqında informasiya verilmişdir.
Oxucular toplunun bu hissəsində DQİDK-nın sədri Hidayət Orucovun, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandrın, Dağ Yəhudiləri dini icmasının sədri Semyon İxiilovun, Avropa Yəhudiləri İcmasının rəhbəri Gennadi Zelmanoviçin, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Feketenin "dəyirmi masa"dakı çıxışları ilə də tanış ola bilərlər.
"Rəsmi guşədə", həmçinin QMİ-də Həzrət Əlinin (ə) mövludu və Milli Qurtuluş Günü münasibətilə keçirilən tədbir, aktual sosial-dini problemlərə həsr edilmiş "dəyirmi masa", Avropa Şurası Parlament Assambleyasındakı Avropa Xalq Partiyası qrupunun nümayəndə heyətinin iştirakı ilə DQİDK-da təşkil edilən "Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına töhfə verə biləcək dinlərarası dialoq və ya Avropa dəyərlərinə dair" mövzusunda "dəyirmi masa" və Hidayət Orucovun tədbirdə "Azərbaycanda tolerantlıq ənənələri və dinlərarası dialoq" mövzusunda çıxışı verilmişdir.
"Cəmiyyət və din" rubrikasıında Elvüsal Məmmədovun "İbn Sinanın fəlsəfi təlimində din və fəlsəfə", Həsənağa Məmmədlinin rus dilində "Transformasiya reliqii v obşestve", İradə Zərqanın "Azərbaycanda qadına məhəbbətin dini, etik aspektləri", Məhəmməd Vəlixahın "Müasir dövrdə dini pluralizm", Qasım Şirazinin "Şəxsiyyətin formalaşmasına yaşamaq qabiliyyətinin təsiri" başlıqlı məqalələri yer almışdır.
Professor Rüstəm İbrahimovun "Din, genetika və ictimai irsiyyət baxımından qadın-kişi münasibətləri" sərlövhəli elmi məqaləsi "İslam həqiqətləri" bölməsində yerləşdirilmişdir.
Ənənəvi "Tarixə pəncərə" rubrikasında Sənan İbrahimovun "Türk dövlətçilik tarixinə dair qaynaqlar" məqaləsində XI-XV əsrlərdə dövlətçilik tariximizə dair yazılan əsərlər (Məhəmməd ibn Zəhiri "Ölkənin idarəsində başlıca şərtlər", Əbu Əli ibn İshaq ət-Tusi Nizamülmülk "Siyasətnamə", Cahan şah "Qanunnamə") barədə məlumat verilmişdir.
Toplunun "Abidələr" bölməsində isə "Naxçıvan memarlıq məktəbinin möhtəşəm nümunəsi - Came məscidi", "Həsənsu nekropolunun qəbir abidələri və dəfn adətləri" və "Naxçıvanın milli-mənəvi sərvəti olan əlyazma mətnlərinin araşdırılması" yazıları diqqətə çatdırılmışdır.
"Dövlət və Din"in ənənəvi "Dinlər, təriqətlər" rubrikasında Nemətullahiyyə təriqəti və mötəzilə anlayışı ilə bağlı yazılar yer almışdır.
Jurnalın yaradıcı heyəti bu nömrədə yeni rubrika açmışdır. "Publisistika" rubrikası altında verilmiş ilk materiallar şeyxülislam Allahşükür Paşazadə ilə müsahibə və yazıçı-jurnalist Xanəmir Telmanoğlunun Amerikaya səfəri ilə bağlı qeydlərindən ibarətdir.
Dini terminlərin izahlı lüğəti bu nömrədə də davam etdirilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında