Bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, Quba-Xaçmaz, Balakən-Şəki, Qəbələ-İsmayıllı, Qazax-Gəncə bölgəsi çaylarında və Tərtərçayda yüksək sululuq müşahidə olunmaqdadır. Lənkəran-Astara bölgəsi çaylarında isə sululuq norma daxilində və hətta bir qədər aşağıdır.
May ayının 16-dək, əsasən, gecə və axşam saatlarında ölkənin bəzi rayonlarında, eyni zamanda, Gürcüstan ərazisində gözlənilən leysan xarakterli yağışlarla əlaqədar çaylarda yüksək sululuğun davam edəcəyi, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Mayın 16-da gündüz saatlarından havanın nisbətən sabitləşməsi, mayın 17-də də əsasən yağmursuz keçməsinə baxmayaraq, yüksək dağlıq ərazilərdə qar örtüyünün əriməsi hesabına çaylarda yüksək sululuğun davam edəcəyi, lakin ötən günlərlə müqayisədə sululuğun nisbətən azalması və tədricən ongünlük normaya yaxınlaşması gözlənilir.
Ekoloqlar yaxın günlərdə Kür və Araz çaylarında yüksək sululuğun davam edəcəyini proqnozlaşdırırlar.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında