ATƏT-in "OSCE Magazine" jurnalının növbəti nömrəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuşdur

ATƏT-in mətbu orqanı olan "OSCE Magazine" jurnalının növbəti nömrəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilmişdir.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik jurnala müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin hazırkı vəziyyəti, özünün və qurumun Minsk qrupunun həmsədrlərinin vəzifələri barədə sualları cavablandırmışdır.
A.Kaspşik vurğulamışdır ki, danışıqlar prosesi intensivləşdiyinə görə artıq bu münaqişəni "dondurulmuş" saymaq olmaz.
Cəbhə xəttindəki atəşkəs rejimi barədə danışan şəxsi nümayəndə təəssüflə bildirmişdir ki, snayperlərdən istifadə edilməsindən imtina haqqında razılaşmanı əldə etmək mümkün olmamışdır. Təmas xəttində baş verən insidentlər nəticəsində həlak olanların sayı orta hesabla hər il 30 nəfər təşkil edir. 2009-cu ildə bu göstərici, böyük ehtimalla danışıqlar prosesinin intensivləşməsi nəticəsində 19-a enmişdir. Hər bir tələfat faciədir və bundan qaçmaq lazımdır.
A.Kaspşik demişdir ki, münaqişənin həlli çox mürəkkəb prosesdir və bunun üçün hər iki tərəfin siyasi iradəsi vacibdir.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında