Hakimliyə namizədlər üçün test imtahanı keçiriləcək

Prezident İlham Əliyevin ölkədə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə dair tapşırıqlarına uyğun olaraq hakimliyə namizədlərin şəffaf şəraitdə, müasir beynəlxalq tələblər səviyyəsində növbəti seçim prosesi davam edir. 
Hakimlərin Seçki Komitəsindən bildirmişlər ki, sentyabrın 18-də Bakı İdman Sarayında hakim olmaq üçün namizədliyini irəli sürmüş 414 nəfər hüquqşünasla test imtahanının keçirilməsi nəzərdə tutulur.
Hazırda hakimliyə namizədlərə kömək məqsədi ilə Hakimlərin Seçki Komitəsi tərəfindən namizədlər üçün hazırlıq kursları keçirilir. Hər həftənin şənbə günləri keçirilən kurslarda hüququn müxtəlif sahələri üzrə aktual məsələlərə dair təcrübəli mütəxəssislərin çıxışları dinlənilir, namizədləri maraqlandıran suallar cavablandırılır.
Hakimliyə namizədlərlə test imtahanı tam şəffaf şəraitdə keçirilərək, suallar bilavasitə imtahan zalında namizədlərin gözü qarşısında seçiləcəkdir. Cavablar isə imtahan başa çatdıqdan sonra dərhal yerində yoxlanılaraq elan olunacaqdır.
Test imtahanına buraxılış vərəqələrinin təqdim olunması və digər məsələlərlə bağlı əlavə məlumat veriləcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında