Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur

Avqustun 23-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.

{nl}

MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, M.Pənahov gündəlikdə duran məsələlərlə bağlı komissiya üzvlərinə məlumat vermişdir. 
Əvvəlcə MSK-nın 2011-ci il 17 avqust tarixli iclasının protokolu təsdiq edilmişdir. Gündəlikdə duran ikinci məsələ isə MSK-nın qəbul etdiyi normativ xarakterli bəzi aktlarla bağlı olmuşdur. Məsələ ilə bağlı ətraflı məlumat verən komissiyanın katibi Arifə Muxtarova bir sıra normativ xarakterli aktlara əlavə və dəyişikliklərin edilməsi, bəzilərinin isə qüvvəyə minməsi və qüvvədən düşməsi barədə komissiyanın qərar layihəsini MSK üzvlərinin diqqətinə çatdırmışdır.
Sonra komissiya üzvləri MSK-nın 103 saylı Gədəbəy seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsi barədə qərar qəbul etmişlər.
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır. M.Pənahov hazırda MSK-nın əsas işinin yaxın vaxtlarda keçirilməsi nəzərdə tutulan bələdiyyələrə təkrar və əlavə seçkilərin olduğunu komissiya üzvlərinin diqqətinə çatdırmışdır. MSK-nın sədri, həmçinin komissiyanın perspektiv planlarından da danışmışdır. M.Pənahov "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Azərbaycan Prezidentinin 2006-cı il 28 dekabr tarixli Sərəncamına uyğun olaraq aşağı seçki komissiyalarının maarifləndirilməsi Proqramı çərçivəsində hər il olduğu kimi bu il də dairə seçki komissiyalarının sədrləri üçün keçiriləcək kurslar barədə də komissiya üzvlərini məlumatlandırmışdır.
İclasda KİV nümayəndələri də iştirak etmişlər.

{nl}


Bəzi normativ xarakterli aktlara əlavə və dəyişikliklər edilməsi, qüvvəyə minməsi və qüvvədən düşməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI
27 may 2003-cü il tarixdə Azərbaycan Respublikasının Seçki Məcəlləsi qəbul edildikdən sonra Azərbaycan Respublikasının 2003-cü il 11 noyabr, 2004-cü il 8 iyun, 12 oktyabr və 30 dekabr, 2005-ci il 4 mart, 14 iyun və 28 iyun, 2007-ci il 16 iyun, 2008-ci il 2 iyun, 2010-cu il 5 mart və 18 iyun, 2011-ci il 1 fevral tarixli Qanunları ilə seçki münasibətlərinin nizamlanması zərurətindən irəli gələn bir sıra əlavə və dəyişikliklər edilmişdir.
Qanunvericiliyə edilmiş bəzi əlavə və dəyişikliklər və bir sıra münasibətlərin tənzimlənməsi zərurəti ilə əlaqədar, habelə bələdiyyə seçkilərinin hazırlanıb həyata keçirilməsi üçün normativ xarakterli aktlar bazasının təkmilləşdirilməsi məqsədilə hazırda bəzi qayda və təlimatlara əlavə və dəyişikliyin edilməsinə ehtiyac yaranmışdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.3-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
Aşağıda göstərilən normativ xarakterli aktlarda müvafiq əlavə və dəyişikliklər edilsin:
1. "Bələdiyyə seçkilərində seçicilərin təşəbbüs qruplarının yaradılması, namizədlərin öz təşəbbüsü ilə və ya seçicilərin təşəbbüs qrupları tərəfindən irəli sürülməsi qaydaları haqqında Təlimat"ın (Qərar 28/106) 2.1-ci bəndindəki "1.3-cü" rəqəmi "1.2-ci" ilə əvəz edilsin (Qərar N 6/15 - 1).
2. "Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədə, namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi Qaydaları"nın (Qərar N 23/96 - 11) "2" və "2 "a" saylı Əlavələr"ində sıra nömrəsi müvafiq sıralama ilə 50-dək aparılsın (Qərar N 6/15 - 2).
3. "Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədin müdafiəsi üçün seçici imzalarının toplanması, imza vərəqələrinin və onlara əlavə edilməli olan sənədlərin dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında Təlimat"ın (Qərar N 23/96 - 12) 1.7-ci bəndi çıxarılsın (Qərar N 6/15 - 3).
2.1-ci bənddə "65" rəqəmi "50", "40" rəqəmi isə "30" rəqəmi ilə əvəz edilsin.
4. "Bələdiyyə seçkilərində namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları"nın (Qərar N 23/96 - 3) adında "üçün" sözündən sonra "dairə seçki komissiyasına" sözləri əlavə edilsin (Qərar N 6/15 - 4);
"II mərhələ - namizədliyin qeydə alınması" bölməsində "65" və "40" rəqəmləri müvafiq olaraq "50" və "30" rəqəmləri ilə əvəz edilsin;
14-cü abzasda "10" rəqəmi "7" rəqəmi ilə əvəz edilsin;
Sonuncu cümlədə "25" rəqəmi "20" rəqəmi ilə əvəz edilsin və "tərəfindən" sözündən sonra "Azərbaycan Respublikası Seçki Məcəlləsinin 77.3-cü və 77.4-cü maddələrində göstərilən" sözləri əlavə edilsin.
5. "Bələdiyyə seçkilərinin hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki (referendum) komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında Təlimat"ın (Qərar N 23/96 - 13) 2-ci bəndindəki "45" rəqəmi "35" rəqəmi ilə əvəz edilsin (Qərar N 6/15 - 5).
6. "Bələdiyyə seçkilərində seçki fondlarına vəsaitin daxil olması, xərclənməsi uçotunun aparılması və hesabatı qaydaları haqqında Təlimat" ın (Qərar N 23/96 - 5) (Qərar N 6/15 - 6);
1.1-ci bəndində "50 000" rəqəmi "10 000" rəqəmi ilə,
1.2- ci bəndində "37 500" rəqəmi "7 500" rəqəmi ilə,
1.3-cü bəndində "25 000" rəqəmi "5 000" rəqəmi ilə,
1.4-cü bəndində "12 500" rəqəmi "2 500" rəqəmi ilə,
1.5-ci bəndində "7 500" rəqəmi "1 200" rəqəmi ilə,
1.6-cı bəndində "500" rəqəmi "750" rəqəmi ilə əvəz edilsin;
2.3-cü bənd çıxarılsın.
5.2-ci bənddə "namizədlər" sözündən sonra "qeydə alınmış namizədlər" sözləri əlavə edilsin;
1 saylı əlavənin "Daxil olmuşdur o cümlədən" sütünundan "MSK və DSK tərəfindən ayrılmış vəsait" bölməsi çıxarılsın;
2 saylı əlavənin "I" sütunundan və "III" sütunundan 1-ci sıra çıxarılsın;
7. "Bələdiyyə seçkilərində seçki fondlarına daxil olmuş pul vəsaitlərinin geri qaytarılması qaydaları haqqında Təlimat" ın (Qərar N 23/96 - 6) 3-cü bəndində "müvafiq seçki komissiyaları tərəfindən verilən pul vəsaiti qaytarılanadək" sözləri və sonuncu cümlə çıxarılsın (Qərar N 6/15 - 7);
5-ci bənddə "15 gün müddətində" sözlərindən sonra "bələdiyyənin onların seçki fondlarına" sözləri əlavə edilsin, "müvafiq seçki komissiyasının" sözləri çıxarılsın, "seçki komissiyasına" sözləri "bələdiyyəyə" sözü ilə əvəz edilsin və sonrakı abzasın birinci cümləsi çıxarılsın;
7-ci bənddə "büdcə və" sözləri çıxarılsın;
8-ci bənddə "dövlət və bələdiyyə büdcəsinin" və "müvafiq olaraq dairə seçki komissiyası və bələdiyyənin hesabına" sözləri çıxarılsın, "vəsaitinin" sözü "vəsait" sözü ilə əvəz edilsin;
8. "Bələdiyyə seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat"ın (Qərar N 23/96 - 7) 2.1-ci bəndində "28" rəqəmi "23" rəqəmi ilə əvəz edilsin (Qərar N 6/15 - 8);
3.2-ci və 4.2-ci bəndlərində "35" rəqəmi "30" rəqəmi ilə əvəz edilsin;
9. "Azərbaycan Respublikasında bələdiyyə seçkilərində səsvermə günü istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin Siyahısı" təsdiq edilsin (Qərar N 6/15 - 9);
10. "Azərbaycan Respublikasında bələdiyyə seçkilərində iştirak etmək hüququna malik olan Azərbaycan Respublikası vətəndaşlarının, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin seçki prosesində istifadə etdikləri şəxsiyyəti təsdiq edən sənədlərin Siyahısı" (Qərar N 31/126) qüvvədən düşmüş hesab edilsin (Qərar N 6/15 - 10).
11. "Bələdiyyə seçkilərində səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının protokolunun doldurulması qaydasına dair İzah"ın "Aşağıda göstərilən seçki sənədləri Seçki Məcəlləsinin 106.7-ci maddəsinə uyğun olaraq səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokoluna əlavə edilərək dərhal, lakin 24 saatdan gec olmayaraq məntəqə seçki komissiyasının sədrinin və müxtəlif siyasi qüvvələri təmsil edən iki üzvünün və müşahidəçilərin müşayiəti ilə dairə seçki komissiyasına göndərilir" abzasından sonra gələn 3-cü bənd çıxarılsın, 5-ci bənd "Bələdiyyə seçkilərində istifadə edilməmiş səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələrinin ləğv edilməsi haqqında Akt" kimi verilsin və əlavələrin sıra sayları müvafiq olaraq dəyişdirilsin (Qərar N 6/15 - 11).
12. "Bələdiyyə seçkilərində səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının protokolunun doldurulması qaydasına dair İzah"ın "Aşağıda göstərilən seçki sənədləri Seçki Məcəlləsinin 107.4-cü maddəsinə uyğun olaraq səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının yekun protokoluna əlavə edilərək dərhal, lakin səsvermə günündən 2 gündən gec olmayaraq dairə seçki komissiyasının sədrinin və müxtəlif siyasi qüvvələri təmsil edən iki üzvünün müşayiəti ilə Mərkəzi Seçki Komissiyasına göndərilir" abzasından sonra gələn 3-cü bənd çıxarılsın, 5-ci bənd "Bələdiyyə seçkilərində istifadə edilməmiş səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələrinin ləğv edilməsi haqqında Akt" kimi verilsin və əlavələrin sıra sayları müvafiq olaraq dəyişdirilsin (Qərar N 6/15 - 12).

{nl}

Sədr Məzahir Pənahov
Müavin Natiq Məmmədov
Katib Arifə Muxtarova
Üzvlər Şaitdin Əliyev, Fuad Cavadov, Validə Kazımova, Qabil Orucov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Bəxşeyiş Əsgərov, Almas Qəhramanlı, Etibar Quliyev

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında