Xarici ölkələrin BMT yanında daimi nümayəndələri Azərbaycan Diplomatik Akademiyasında olmuşlar

Bakıda səfərdə olan Kamboca, Benin, Ekvatorial Qvineya, Mavriki, Namibiya, Sent Lusiya, Sent Vinsent Qrenadin, Seyşel adaları, Syerra-Leone, Şri-Lanka, Yamayka və Zimbabvenin BMT yanında daimi nümayəndələri avqustun 23-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) olmuşlar. 
Görüşdə ADA-nın rektoru Hafiz Paşayev akademiyanın fəaliyyətindən danışmışdır. Bildirmişdir ki, beş il bundan əvvəl yaradılmasına baxmayaraq, ADA dünyada nüfuz qazanmışdır.
Rektor ötən ay ilk dəfə olaraq Afrika və Asiyadan - Haiti, Mali, Samoa, Banqladeş, Kamboca, Nepal, Myanma, Malayziya və digər ölkələrdən gəlmiş 14 diplomatın ADA-nın "Xəzər hövzəsi ölkələrinin öyrənilməsi" proqramı üzrə ongünlük kursda iştirak etdiklərini qonaqların diqqətinə çatdırmışdır.
Qonaqlara ADA-nın strukturu, həyata keçirdiyi proqramlar, yaxın illərdə reallaşdıracağı planlar barədə geniş məlumat verilmişdir.
Xarici ölkələrin BMT yanında daimi nümayəndələri ADA-da yaradılmış şəraiti yüksək qiymətləndirmiş, təhsil ocağının qısa vaxtda əldə etdiyi uğurlardan məmnunluqlarını bildirmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında