Ermənistan Azərbaycanın işğal etdiyi əraziləri geri qaytarmalı və işğalçılıq siyasətinə son qoymalıdır

Ermənistan Azərbaycanın işğal etdiyi əraziləri geri qaytarmalı və işğalçılıq siyasətinə son qoymalıdır. 
Bu bəyanat İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutunda (BMİ) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş konfransda səslənmişdir.
Romada keçirilmiş "Dağlıq Qarabağ ətrafında danışıqların gələcəyi" adlı konfransda İtaliya BMİ-nin direktoru, professor Ettore Qreko və direktor müavini Natali Toççi, Londondakı Münaqişə Dövlət Quruculuğu İnformasiya Şəbəkəsinin icraçı direktoru Dennis Sammut, Milan Katolik Universitetinin professoru Valeria Piaçentini də iştirak etmişlər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məruzələrdə vurğulanmışdır ki, Ermənistanın işğalçı siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvalarından didərgin düşmüşdür. Ermənistan tərəfinin tez-tez atəşkəs rejimini pozması isə beynəlxalq hüququn normalarına və prinsiplərinə ziddir. Bildirilmişdir ki, işğal olunmuş torpaqlarda xeyli sayda tarixi, dini və mədəniyyət abidələri dağıdılmışdır.
Konfransda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair suallar cavablandırılmış, mövzu ilə bağlı ətraflı müzakirələr aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında