Ədliyyə Nazirliyində dövlət təltifləri təqdim edilmişdir

Ədliyyə Nazirliyində bir qrup məhkəmə aparatı işçisinə təltiflərin təqdim olunması mərasimi keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov çıxış edərək, ulu öndər Heydər Əliyev tərəfindən müstəqil Azərbaycanda qüdrətli dövlətin yaradıldığını, hərtərəfli mütərəqqi hüquqi islahatların aparıldığını, bu müdrik siyasi kursu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın sürətli inkişafına görə Azərbaycanın lider dövlətə çevrildiyini, əhalinin rifahının yaxşılaşdığını, demokratik hüquqi dövlət quruculuğunda nailiyyətlər qazanıldığını qeyd etmişdir.
Vurğulanmışdır ki, məhkəmə fəaliyyətinə dövlətimiz tərəfindən daim yüksək diqqət və qayğı göstərilərək, hakimlərin və məhkəmə aparatı işçilərinin maddi təminatı və sosial müdafiəsi gücləndirilmiş, fəaliyyətdə fərqlənmiş şəxslər orden və medallarla təltif olunmuş, fəxri adlara layiq görülmüşlər.
Tədbirdə bu il dövlət qulluqçularının peşə bayramı ərəfəsində Prezidentin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuş bir qrup məhkəmə işçisinə mükafatlar təqdim edilmişdir.
Uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiklərinə görə təltif olunanlar əməklərinə verilən yüksək qiymətə və göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında