ATƏT-in təşkilatçılığı ilə Sabirabadda tədbir keçirildi

ATƏT-in Bakı Ofisinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Sabirabad rayonunda "Məişət zorakılığının qarşısının alınması və profilaktikasında icmaların rolu" mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdə Sabirabad, Saatlı, Salyan, Hacıqabul, İmişli, Kürdəmir və Şirvandan hüquq mühafizə orqanlarının, bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətlərinin, ağsaqqaların təmsilçiləri iştirak edirdilər.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov giriş sözü ilə tədbiri açaraq qonaqları və iştirakçıları salamladı. Mövzunun aktuallığından danışan icra başçısı, dövlət müstəqilliyi dövründə ölkəmizdə qadın və uşaq problemlərinə daim önəm verildiyini bildirdi, dövlət başçısının sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan olunduğunu, 2006-cı ildə Prezidentin fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığını və 2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunun qəbul edildiyini xüsusi vurğuladı.
Sonra söz ATƏT-in Bakı Ofisinin Demokratikləşmə şöbəsinin rəhbəri Jaklin Karpenterə verildi. O, məişət zorakılığı ilə mübarizə sahəsində Azərbaycan hökumətinin siyasətindən danışaraq "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunun əhəmiyyətini qeyd etdi.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova iştirakçılara məişət zorakılığının qarşısının alınması istiqamətində ölkəmizdə aparılan işlərdən, bu sahədə mövcud problemlərdən ətraflı danışdı. Komitənin Hüquqi Təminat şöbəsinin müdiri Taliyə İbrahimova məişət zorakılğı anlayışını geniş izah etdi.
Axırda mövzu ətrafında müzakirələr oldu, dinləyicilər öz fikir və mülahizələrini bildirdilər.

{nl}

Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında