BQXK-nın Azərbaycandakı yeni nümayəndəsi Penitensiar Xidmətdə olmuşdur

Avqustun 22-də ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) müdafiə proqramının Azərbaycanda yeni təyin olunmuş əlaqələndiricisi xanım Quinael Fontana, proqramın fəaliyyətini başa vurmuş əlaqələndiricisi xanım Silvi Qrənişer və müdafiə proqramının nümayəndəsi xanım Valentina Kim ilə görüşmüşdür.  
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, Mədət Quliyev xanım Quinael Fontananı salamlayaraq, komitənin fəaliyyəti üçün normal şəraitin yaradılmasının Penitensiar Xidmət rəhbərliyinin daim diqqət mərkəzində olduğunu bildirmişdir.
Nazir müavini qonaqlara Penitensiar Xidmətin fəaliyyəti, son vaxtlar məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni müəssisələrin inşası istiqamətində görülmüş işlər barədə məlumat vermişdir.
M.Quliyev BQXK ilə Penitensiar Xidmət arasındakı mövcud əməkdaşlığı yüksək qiymətləndirərək, son illərdə ikitərəfli əlaqələrin daha da genişlənməsi nəticəsində məhkumlara və təqsirləndirilən şəxslərə, xüsusilə də ağciyər vərəminə düçar olmuşlara göstərilən səhiyyə xidmətinin səviyyəsinin xeyli yaxşılaşdığını, nəticədə həmin xəstəlikdən vəfat edən şəxslərin sayının nəzərəçarpacaq dərəcədə azaldığını bildirmişdir.
BQXK-nın müdafiə proqramının Azərbaycanda fəaliyyətini başa vurmuş əlaqələndiricisi xanım Silvi Qrənişer də ölkəmizdə fəaliyyət göstərdiyi müddətdə Penitensiar Xidmətlə əməkdaşlığın səmərəliliyini qeyd etmiş və son vaxtlar BQXK-nın tövsiyələrinə penitensiar müəssisələr tərəfindən daha fəal reaksiya verildiyini, bu tövsiyələrə əməl olunduğunu xüsusilə vurğulamışdır.
Xanım Silvi Qrənişer təmsil etdiyi komitə tərəfindən saxlanma yerləri ilə bağlı proqram çərçivəsində 2009-2010-cu illər ərzində 17 nəfər əlil məhkuma ortopedik yardımın göstərildiyini diqqətə çatdırmışdır. O, bu istiqamətdə əməkdaşlığın davam etdirilməsi çərçivəsində hazırda protezlərə ehtiyacı olan növbəti məhkumların Penitensiar Xidmətlə birgə müəyyənləşdirildiyini də qeyd etmişdir.
Görüş zamanı cəzaçəkmə müəssisələrində yeni istehsal sahələrinin təşkili, cəza çəkənlərlə işçi heyət arasında münasibətlər, məhkumların peşə təhsili, işçi heyətin təlimi ilə bağlı bir sıra problemlərin həllinə dair fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında