Bakıda Mühasiblərin və Auditorların III Avrasiya Forumu keçiriləcək

Sentyabrın 15-17-də Bakıda Azərbaycan Respublikasının Auditorlar Palatası, Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Peşəkar Maliyyə Menecerləri Assosiasiyasının birgə təşkilatçılığı ilə "İqtisadiyyatda şəffaflığın artırılmasında beynəlxalq maliyyə hesabatı standartlarının və beynəlxalq audit standartlarının tətbiqinin rolu və əhəmiyyəti" Mühasiblərin və Auditorların III Avrasiya Forumu keçiriləcək.
Auditorlar Palatasından bildirmişlər ki, Forumun təşkilindən əsas məqsəd şəffaflığın artırılmasında beynəlxalq standartların rolu və əhəmiyyəti sahəsində peşəkar müzakirələr aparmaq, mövcud problemləri təhlil etməkdir. Forumda əsas mövzu ətrafında məruzələrin dinlənilməsi, beynəlxalq maliyyə hesabatı və audit standartlarının tətbiqi və inkişafı məsələləri üzrə geniş müzakirələrin aparılması, dəyirmi masaların təşkili nəzərdə tutulur.
Forumda Böyük Britaniya, Fransa, Rusiya, Türkiyə, Ukrayna, Polşa, Rumıniya, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Latviya, Çexiya və Slovakiyanın təmsilçilərinin iştirakı gözlənilir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında