Şəki Sərhəd Dəstəsində gənc əsgərlər Vətənə sədaqət andı içmişlər

Avqustun 21-də Şəki Sərhəd Dəstəsində gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilmişdir.
Şəxsi heyətin, şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının məsul nümayəndələrinin, əsgər valideynlərinin iştirak etdikləri mərasimin əvvəlində təntənəli marşın sədaları altında hərbi hissənin döyüş bayrağı meydana gətirilmiş, Azərbaycan Respublikasının dövlət himni oxunmuşdur.
Təntənəli mərasimdə hərbi hissənin komandiri, polkovnik-leytenant Səmid Cəfərov sərhədçiləri əlamətdar tarixi gün münasibətilə təbrik etmişdir. O, hərbi andın hər bir əsgər üçün Vətənə sədaqətlə xidmət etmək, mübariz, mətin və cəsur olmaq, öz canını belə əsirgəmədən Azərbaycan Respublikasının dövlət sərhədlərinin toxunulmazlığını və təhlükəsizliyini təmin etməkdən ibarət olduğunu bildirmişdir.
Hərbi hissə komandirinin əmrindən sonra gənc əsgərlər meydanın mərkəzinə düzülərək Vətənimizin sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarına, dövlətimizə və xalqımıza sədaqətli olacaqlarına and içmişlər.
Şəxsi heyət üzrə şöbənin rəisi, polkovnik-leytenant Cabir Nəcəfovun məruzəsində ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən, Sərhəd Qoşunlarının formalaşması və inkişafına göstərilən dövlət qayğısından geniş bəhs olunmuşdur.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyevin gənc əsgərlərə təbriki oxunduqdan sonra hərbi hissənin çevik hərəkət bölüyünün nümunəvi çıxışları olmuşdur.
Mərasim şəxsi heyətin təntənəli marşın sədaları altında tribuna önündən hərbi keçidi ilə başa çatmışdır.
Sonra əsgər valideynləri hərbi hissədə şəxsi heyət üçün yaradılmış şəraitlə tanış olmuşlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında