Təbii fəlakətin vurduğu ziyan aradan qaldırılır

Xəbər verdiyimiz kimi, mayın 12-də axşam saatlarında Sarısu gölündə suyun səviyyəsinin qalxması buradakı bəndlərdən birinin yarılmasına səbəb olmuşdur.
Görülmüş təhlükəsizlik tədbirləri nəticəsində rayonun Nərimankənd, Dəlilər, Novruzlu, Musalı və Kamallı kəndlərinin əhalisi təhlükəsiz yerlərə köçürülmüşdür.
Xilasedicilər uçmuş bənddən axan suyu Baş Muğan-Mil kollektoruna istiqamətləndirmişlər. Ərazidə Fövqəladə Hallar Nazirliyi, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin əmkdaşları, həmçinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgərləri tərəfindən bəndbərkitmə işləri aparılır. Baş Muğan-Mil kollektorunda da ehtiyat tədbirləri həyata keçirilir.
Kür çayının deltasında dibdərinləşdirmə işləri də sürətləndirilmişdir. Bunun sayəsində Kürdən Xəzər dənizinə su axını güclənəcəkdir. Kürün deltasında toplanmış lili təmizləmək məqsədi ilə mayın 10-da Xəzər Dəniz Gəmiçiliyinə məxsus "Abşeron-5" və "Narva" gəmiləri buraya gətirilmişdir. Hazırda "Abşeron-5" gəmisi lili təmizləməklə Kürün deltasını 2 metrə qədər dərinləşdirmişdir. Min kubmetr gücündə "Narva" gəmisi isə lili soraraq Xəzər dənizinin dərin hissəsinə nəql edir. Kürün deltası 6 metrə qədər dərinləşdiriləcəkdir. 1,5 kilometr ərazidə aparılacaq qazıntının 500 metrində işlər artıq yekunlaşmışdır. Qalan 1 kilometr ərazidə isə qazıntı işləri davam etdirilir.
Bundan əlavə, mayın 13-də Xəzər Dəniz Gəmiçiliyinin daha iki gəmisi əraziyə gətirilmiş, bazar günü isə daha 1 gəmi onlara qoşulacaqdır.
Çayın dənizə tökülən digər qolunda da paralel olaraq dibdərinləşdirmə işləri görülür. 110 metr enində olan bu qolda işləri "Azərenerji" ASC-nin Tikinti-Quraşdırma İdarəsinin "İnam" gəmisi aparır. Görülmüş işlərin nəticəsində çayın qolu 5 metr dərinləşdirilmişdir.
Kompleks tədbirlər planında Kürün köhnə 9 kilometrlik yatağının bərpası nəzərdə tutulmuşdur ki, bu da axının sürətini artırmağa və suyun asanlıqla dənizə daxil olmasına şərait yaradacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında