Rusiya Federasiyası Federal Gömrük Xidmətinin əməkdaşları Azərbaycanda səfərdədirlər

Avqustun 22-də Rusiya Federasiyası Federal Gömrük Xidməti Ural Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-leytenantı Vladimir Sorokinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlmişdir.
Əvvəlcə qonaqlar Fəxri Xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini anmış, məzarı üzərinə gül dəstələri düzmüşlər. Sonra qonaqlar Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının məzarlarını ziyarət etmişlər.
Rusiyanın nümayəndə heyəti Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevlə görüşmüşdür.
Aydın Əliyev gələn il 20 yaşını qeyd edəcək müstəqil Azərbaycan gömrük xidmətinin keçdiyi inkişaf yolundan danışmışdır. İki ölkənin gömrük müstəvisində əməkdaşlığını müsbət qiymətləndirən komitə sədri əlaqələrin daha da intensivləşdirilməsi üçün təcrübə mübadiləsinin əhəmiyyətini vurğulamışdır. Eyni zamanda, təhsil sahəsində qarşılıqlı fəaliyyətin vacibliyinə toxunmuş, azərbaycanlı mütəxəssislərin Rusiya Gömrük Akademiyasında müntəzəm təhsil almalarından məmnunluqla söhbət açmışdır.
Vladimir Sorokin isə öz növbəsində Azərbaycanda əsl tərəqqinin şahidi olduğunu, ölkəsinin strateji tərəfdaş kimi Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini bildirmişdir. Ölkələrimiz arasında gömrük əməkdaşlığının inkişaf tempindən məmnun olduğunu deyən natiq qarşılıqlı səfərlərin, təcrübə mübadiləsinin mövcud əməkdaşlığa təkan verdiyini diqqətə çatdırmışdır.
Görüşdə Azərbaycanın Rusiya Federasiyasının Yekaterinburq şəhərindəki baş konsulu Sultan Məmmədov da iştirak etmişdir.
Sonra qonaqlar DGK Əməliyyat Mərkəzinə baxış keçirmiş, DGK-nin Mərkəzi Hospitalında, Kinoloji Mərkəzində, Ümumdünya Gömrük Təşkilatının Regional Tədris Mərkəzində və "Azərterminalkompleks" Təsərrüfat Hesablı Xarici İqtisadi Birliyin inzibati binasında olmuşlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında